SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu obyektlərin fəaliyyəti saat 21:00-dək olacaq

Bu obyektlərin fəaliyyəti saat 21:00-dək olacaq

Tarix:

13-03-2020, 20:17

/ 809 dəfə oxundu.
Bu obyektlərin fəaliyyəti saat 21:00-dək olacaq

Sabahdan Azərbaycanda restoran və kafelerin iş rejimində dəyişiklik ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər veririk ki, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Qərarla restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir və saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.

Bundan başqa, ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır.

Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.

Şərhlər

XƏBƏR LENTİ