XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Avromed“in baş direktorunun həyat yoldaşı da “maska əməliyyatı“nda saxlanılıb - FOTOFAKT

"Avromed“in baş direktorunun həyat yoldaşı da “maska əməliyyatı“nda saxlanılıb - FOTOFAKT

"Avromed“in baş direktorunun həyat yoldaşı da “maska əməliyyatı“nda saxlanılıb - FOTOFAKT
11-03-2020, 21:11

İlham Əliyev seçkilərdən danışdı – “Parlament islahatların vacib hissəsi olacaq”

“Bakıda baş plana uyğun olmayan heç bir bina tikilməməlidir” - Prezidentdən tapşırıq

Prezident İlham Əliyev həbs edilən icra başçılarından danışdı: Hər kəs bilsin ki...

İcra başçısı və müavini həbs olundu! - Azərbaycanda şok (FOTO)

“Konstitusiya Məhkəməsi ölkənin hüquq sistemini alt-üst etdi!” – “Bankların xeyrinə misilsiz biabırçı qərardad!”

Fərhad Əhmədov Azərbaycan siyasətinə girir - Nəyə iddia edəcək?

Növbədənkənar seçkinin vaxtı bəlli oldu - Prezident sərəncam imzaladı

Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq

Kəmaləddin Heydərov Prezidentin tapşırıqlarına əməl etmir – Üç aydır…

Paşinyan sürətlə nüfuzunu itirir – Baş nazir xalqın gözündən niyə düşür?

Prezident “Texniki tənzimləmə haqqında” Qanunu təsdiqlədi – Detallar

100 ildir dünyanı idarə edən 8 ailə - Araşdırma

Baş direktor Əzizə Baxşıyevanın həyat yoldaşı daha sonra sərbəst buraxılıb

Fevralın 9-da Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı əməliyyat keçirib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

"Tədbir zamanı yaranan vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, aralarında xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb. Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb, - DİN-in məlumatda qeyd olunur.
Məlumatda deyilir ki, Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar: "Bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər. Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb. Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir".
Bloger Həbib Müntəzir hadisənin detalları ilə bağlı yeni məlumat yayıb. O bildirib ki, əməliyyat zamanı 115 saylı Şəki kənd seçki dairəsindən deputat seçilən Cavanşir Feyziyevə məxsus "Avromed" şirkətinin əməkdaşları da saxlanılıb. Belə ki, "Avromed" şirkətinin baş direktor Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov əməliyyat zamanı saxlanılsa da, daha sonra sərbəst buraxılıb. O, əməliyyat zamanı çəkilən video və fotogörüntülərə də düşüb.
"İlham Əliyev efirdə tibbi maskalara artan tələbatdan sui-istifadə edənlərin cəzalandırılacağını demişdi. Bundan sonra "Bandotdel" əməliyyat keçirdi və çinli, iranlı, azərbaycanlılardan ibarət dəstə üzvləri saxlanıldı. O dəstənin içində olanlardan, bandanın başı bilirsiz kim idi: Riad Məmmədov. Heç bir xəbər agentliyi xəbərlərində onun adını qeyd etməmişdi".
"Kimdir bu şəxs? Saxta yolla Şəkidən deputat seçilən Cavanşir Feyziyevin sahib olduğu "Avromed" şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı, aptek müdiri Riad Məmmədov. Riadın görüntüləri TV-lərdə verilsə də, adını hallandırmadılar".
Arqument.Az məsələ ilə bağlı Cavanşir Feyziyevlə əlaqə saxlamağa çalışsa da, deputat zənglərə cavab verməyib. "Avromed" şirkətindən isə məsələyə münasibət bildirilməyib.
"Avromed“in baş direktorunun həyat yoldaşı da “maska əməliyyatı“nda saxlanılıb - FOTOFAKT







XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.