XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Zümrüd Yağmurla Fuad Qəhrəmanlı boşandılar

Zümrüd Yağmurla Fuad Qəhrəmanlı boşandılar

Zümrüd Yağmurla Fuad Qəhrəmanlı boşandılar
9-03-2020, 16:46

Abşeron rayon Məhkəməsində yazar Zümrüd Yağmurun AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıdan boşanması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə Z.Yağmur ilə F.Qəhrəmanlı arasında olan rəsmi nikah pozulub. Məhkəmənin qərarı ilə birgə nikahdan olan övladları Z.Yağmurun himayəsinə verilib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd İsrafil qızı Qəhrəmanlı (Zümrüd Yağmur) nikahın pozulması və yetkinlik yaşına çatmayan övladlarının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsinə iddia qaldırmışdı.
Məhkəmə prosesi bir neçə dəfə təxirə salınandan sonra məhkəmə tərəflərin barışması üçün onlara üç ay vaxt vermişdi. Bu müddət başa çatdıqdan sonra tərəflər məhkəməyə dəvət olunaraq işə yenidən baxılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.