SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 10 saylı DSK-da biabırçılıq: 7 məntəqəyə DSK sədrinin yaxın qohumları rəhbərlik edir+SİYAHI

10 saylı DSK-da biabırçılıq: 7 məntəqəyə DSK sədrinin yaxın qohumları rəhbərlik edir+SİYAHI

Tarix:

19-02-2020, 15:56

/ 1 254 dəfə oxundu.
10 saylı DSK-da biabırçılıq: 7 məntəqəyə DSK sədrinin yaxın qohumları rəhbərlik edir+SİYAHI

AFN-in redaksiyasına 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı maraqlı məlumat daxil olub. Seçki saxtakarlıqlarının gündəm təşkil etdiyi bir vaxtda məlumat 10 saylı dairənin seçki komissiyasının (DSK) tərkibi ilə bağlıdır.


Məlumatda 10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyasının (DSK) sədri İsgəndər Əliyevin bu illər ərzində "özəlləşdirdiyi" DSK-dakı yaxın qohumlarının siyahısı açıqlanıb. Bildirilir ki, İ.Əliyev məntəqə seçki komissiyalarının rəhbərliyinə öz qohumlarını yerləşdirib. Məlumatda DSK sədrinin qohumlarının rəhbərlik etdiyi MnSK-ların siyahısı da əksini tapıb. Həmin siyahını təqdim edirik:
11-ci MnSK-da Qafarova Rəqsanə İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;
12-ci MnSK-da Qafarov Oqtay (İsgəndər Əliyevin kürəkəni) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;
17-ci MnSK-da Qafarov Ramin Oqtay oğlu (İsgəndər Əliyevin nəvəsi) - Milli Dövlətçilik Hərəkatı (MDHP) adından üzv;
18-ci MnSK-da Qafarzadə Gülnarə Oqtay qızı (İsgəndər Əliyevin nəvəsi) - Yeni Azərbaycan Partiyası (YAP) adından üzv;
24-cü MnSK-da Qasımov Vasif Rasim oğlu (İsgəndər Əliyevin kürəkəni) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;
25-ci MnSK-da Qasımova Ceyran İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;
36-cı MnSK-da (“N” saylı hərbi hissədə təşkil olunmuş müvəqqəti məntəqə) Orucov Səməd Əli oğlu (İsgəndər Əliyevin bacanağı) - Yeni Azərbaycan Partiyası (YAP) adından sədr.
Qeyd edək ki, 10 saylı dairədən parlamentə 6-cə dəfə Madər Musayev seçilib.

Şərhlər

XƏBƏR LENTİ