Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.
Rektor Elçin Babayevin əmri ilə universitetin Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.
Xatırladaq ki, BDU-nun əvvəlki mətbuat katibi Pərvanə İbrahimova bir neçə gün əvvəl işdən çıxarılıb.