SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 16 saylı bağçada rüşvət qalmaqalı

16 saylı bağçada rüşvət qalmaqalı

Tarix:

12-04-2017, 09:57

/ 62 292 dəfə oxundu.
16 saylı bağçada rüşvət qalmaqalı

Pul tələbi ilə üzləşdiyini deyən valideyn uşaqları ilə ağlaya-ağlaya evə döndüyünü deyir Bağça müdiri: «Onları öldürsən, sıxsan belə suları çıxmaz”
Nəsimi rayonu Əli İsgəndər İsgəndərov küçəsi ev 1, mənzil 64-də qeydiyyatda olan Məmmədova Xatirə Kamil qızı 16 saylı körpələr evi-uşaq bağçasıdan şikayətçidir. O, iddia edir ki, 3-cü mikorayon, A.Mustafayev küçəsi 6 ünvanında yerləşən bağçanın müdiri Kərimova Yeganə Bədrəddin qızı onun övladlarını bağçaya qəbul etmək üçün müəyən tələbləri olub: “Müdirin qanunsuz hərəkətlərindən bezmişəm. O, həddə çatmışam ki, canıma qəsd edim. Üç ilə yaxındır ki, bu bağçaya iki oğlumu, İsgəndər və İlham Məmmədovları aparıram. Yeganə Kərimov övladlarımı bağçaya qəbul edəndə məndən 200 manat tələb edib. Artıq üç ildir ki, müdirin pul tələblərindən bezmişəm. Hər ay hər övladıma görə məndən 15-20 manat fond pulu tələb edir. Bu günə qədər bağçada tələb olunan pulların hamısını ödəmişəm. İki gün bundan öncə övladlarımı bağçaya gətirəndə müdir məni dəhlizdə görüb qışqır-bağır salaraq soruşdu ki, aprel ayının fond pulunu niyə ödəməmişəm?
Yeganə xanıma bildirdim ki, aprel ayı daha yeni başlayıb, ödəyərəm. Lakin o sözlərimə əhəmiyyət vermədi. Mənə dedi ki, əgər pulu bu gün verməsəm, həmin məbləği qaynanamdan alacaq. Yeganə xanıma yalnız “Allahdan qorxun, siz dövlət bağçasında məndən dava ilə pul tələb edirsiz” dedim. Mən ağlaya-ağlaya övladlarımla bağçadan evə döndüm”.
Xatirə Məmmədovanın sözlərinə görə, Yeganə Kərimova ona deyib ki, bu bağçanı o düzəldib: “Müdir mənə “get, hara istəyirsən, şikayət elə” dedi. İndi mən uşaqlarımı bağçaya apara bilmirəm. Axı mən valideynəm, niyə uşaqlarımın yanında boynu bükük qalmalıyam. Mənim balalarımın haqqı yoxdurmu yaşadığım vətənimdə dövlətin bağçasında tərbiyə, mədəniyyət, ünsiyyət qazanmağa?”
Şikayətçi Xatirə Məmmədova iddiası əsasında 16 saylı körpələr evi- uşaq bağçasının müdiri Yeganə Kərimovadan açıqlama aldıq: “O valideyn övladlarını həddindən artıq qalın geyindirir. Biz ona demişik ki, uşaqları üst-üsə geyindirmə. Özü də həkimdir.
Dünən valideyn bağçaya gəlib “bura rüşvətxanadır, mən gəlirəm müəllimlər mənə salam vermək istəmirlər” deyir. Xatirə Məmmədovanın rəhmətlik qaynatası mənim qohumumdur. Mən elə övladlarını mərhum qaynatası İsgəndərin xətrinə qəbul etmişəm. Biz uşaqları elə onun əlindən qəbul etmişik, X.Məmmədovanın deyil. Sonradan o gəlib ki, mən bu uşaqların anasıyam. Müəllimlər də ona uşaqları təmiz geyindirməyi tövsiyyə ediblər. Bizim ondan başqa tələbimiz olmayıb. Özüdə ki, onları öldürsən, sıxsan belə suları çıxmaz”.
Yeganə Kərimova sonda onu da bildirdi ki, uşaq bağçasının binasının təmirə ehtiyacı var.

Şərhlər

XƏBƏR LENTİ