SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu ixtisaslar üzrə də magistraturada təhsil ala bilərsiz! - Əli Əsədovdan ƏMR

Bu ixtisaslar üzrə də magistraturada təhsil ala bilərsiz! - Əli Əsədovdan ƏMR

Tarix:

31-01-2020, 17:25

/ 1 157 dəfə oxundu.
Bu ixtisaslar üzrə də magistraturada təhsil ala bilərsiz! - Əli Əsədovdan ƏMR

Nazirlər Kabineti Baş Nazir Əli Əsədovun Azərbaycanın magistratura təhsilində müasir ixtisasların əlavə edilməsi üçün verdiyi qərarın izahını açıqlayıb.

Açıqlamada deyilir:

“Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 26 nömrəli qərarı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların, o cümlədən:
- “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”;
- “Rəqəmsal hökümət”;
- “Neft-qaz çıxarmada nanotexnologiya”;
- “Süni intellekt”;
- “Məsafədən müşahidə”;
- “Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisaslarının daxil edilməsini nəzərdə tutur.

Bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyytda yaranan kadr tələbatının təmin edilməsi, yeni yaranan sahələr və iqtisadiyyan müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir."

Şərhlər

XƏBƏR LENTİ