SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bir məktəb direktorunun qazandığı milyonlar

Bir məktəb direktorunun qazandığı milyonlar

Tarix:

19-01-2020, 17:09

/ 2 024 dəfə oxundu.
Bir məktəb direktorunun qazandığı milyonlar

Sabunçu rayonunda yerləşən Tahir Hacıyev adına 252 saylı məktəb-lisey və onun direktoru Xədicə Eminova haqqında çoxlu tənqidi yazılar daim qəzet və saytlarda dərc olunub. Həmin yazılarda direktorun məktəbi özünün şəxsi biznesinə çevirməsi, ali məktəblərə hazırlaşan şagirdləri dərs saatlarından ayırararaq, onlardan və onları hazırlaşdıran repetitorlardan aylıq haqq alması xüsusi qeyd olunurdu. Xədicə xanım 252 saylı məktəb-liseydən öncə 170 saylı məktəbdə direktor işləyərkən, həmin məktəbi də bərbad hala salmışdır. Məktəbə öz yaxın ətrafını yığan Xədicə xanım rüşvəti öz geyimi ilə fərqlənən katibəsinin əli ilə aldığı da bildirilir.
Xatırladaq ki, bir neçə il əvvəl məktəbdə müəllimlər günü qeyd edilən zaman mübahisəli vəziyyət yaranmışdı. Belə ki, direktorun ad günü ilə müəllimlər günü eyni günlərə təsadüf edirdi. Amma müəllimələr bu münasibətlə direktoru təbrik etməmişdilər. Bundan qəzəblənən Xədicə xanım bir neçə aylıq məktəbdəki ibtidai hazırlıq kurslarını ləğv etdi, müəllimləri səbəbsiz yerə incitdi. Vəziyyətin belə alındığını görən müəllimlər isə məcburiyyət qarşısında qalaraq maaşlarından 20 manat ayırıb direktoru gec də olsa təbrik etdilər. Yalnız bundan sonra Xədicə Eminovanın hirsi soyudu.
Məktəbdə ev geyimləri ilə sanki öz imarətindəki kimi özünü rahat hiss edən Xədicə xanım Təhsil Nazirliyinin yox, onun himayədarı olan Sabunçu RİH başçısı Adil Vəliyevin şəxsi tapşırıqlarına əməl edir, icrasına nail olur. Yalnız Təhsil Nazirliyindən və Bakı Şəhər Baş Təhsil İdarəsindən yoxlama gələndə ayaqqabı geyinir.
Direktorla bağlı ən maraqlı məqam onun Qasım adlı şəxslə əlaqələri barədədir. Qasım adlı şəxs tikinti işləri ilə məşğul olur. Bu adam Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki bütün binaları penoplastla üzləmişdi. Həmçinin Badamdar qəsəbəsində də tikinti işləri aparır. Deyilənə görə, Xədicə Eminova Qasım müəllimi uzun illərdən bəridir ki, tanıyır. Onların münasibətləri daha sonradan qohumluq müstəvisinə keçib. Belə ki, məktəb direktoru oğlanlarından birinə Qasım adlı şəxsin qızını alıb. Özəl mənbələrdən alınan məlumatlara görə, Xədicə Eminova oğluna Badamdar qəsəbəsində qudası Qasım müəllimin yaşadığı imarətin yanında villa tikdirib. Bundan başqa, məktəb direktorunun oğlanlarının bahalı maşınlarda gəzdiyi də bizə verilən məlumatlar arasındadır. Bizə elə gəlir ki, adı çəkilən villaları və bahalı maşınları bir məktəb direktorunun halal yolla əldə etməsi qeyri mümkündür. Bunun üçün də Adil Vəliyevlə Xədicə xanımın işbirliyi çox ustalıqla və sərbəst şəkildə həyata keçirilir.Göründüyü kimi təhsil ocağını bazara çevirməklə məktəb direktoru milyonlara sahiblənə bilib. Ümidvarıq ki, əlaqədar qurumlar bu yazımızdan sonra lazımi tədbirlər hgörəcəkdir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Azfakt.az

Şərhlər

XƏBƏR LENTİ