SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Obyektlər parklama yerlərini qanunsuz “özəlləşdirir”

Obyektlər parklama yerlərini qanunsuz “özəlləşdirir”

Tarix:

10-01-2020, 01:12

/ 790 dəfə oxundu.
Obyektlər parklama yerlərini qanunsuz “özəlləşdirir”

Bakı yollarında sıxlıq, bir çox hallarda “tıxac” yaradan amillərdən biri də avtomobillərin parklanması ilə bağlıdır. Bu halın qarşısını almaq üçün qanunvericiliyin tələbinə uyğun olaraq, bir çox yerlərdə parklanma qadağan edilir və müvafiq qaydada cərimələr tətbiq edilir.

Ancaq elə ərazilər var ki, həmin yerlərdə qadağanedici işarələr olmadığı halda, müəyyən obyektlərin qarşısında dayanan şəxslər “bura bizim obyektin ərazisidir” deməklə sürücülərə avtomobil saxlamağa icazə vermir, yaxud da saxlamağa görə ödəniş tələb edirlər. Bunun üçün də ərazini zəncir və digər maneə vasitələri ilə bağlayırlar.

Ancaq obyektin kimə aid olmasından asılı olmayaraq, qarşısındakı yol və parklama ərazisini kiminsə “özəlləşdirməsi” və obyektə gəlməyən sürücülərə parklanmanı qadağan etmələri qanunsuzdur.

“Report”a açıqlama verən sürücülər tez-tez rastlaşdıqlarını belə halların aradan qaldırılmasını istəyiblər.

Bu kimi obyektlərin sahibləri isə çəkilişə razı olmasalar da, bildirirlər ki, bir çox hallarda avtomobilləri uzun müddət saxlayaraq gedirlər. Bu isə obyektə mal daşınmasına, yaxud gələn müştərilərin obyektə rahat daxil olmasına maneçilik yaratdığı üçün saxlamanı bu şəkildə məhdudlaşdırlar.

Şərhlər

XƏBƏR LENTİ