SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əli Əsədov Artur Rəsizadənin imzaladığı daha bir qərarı ləğv etdi

Əli Əsədov Artur Rəsizadənin imzaladığı daha bir qərarı ləğv etdi

Tarix:

26-12-2019, 10:30

/ 777 dəfə oxundu.
Əli Əsədov Artur Rəsizadənin imzaladığı daha bir qərarı ləğv etdi

Nazirlər Kabineti “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” qərarı ləğv edib...
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1477;2018, № 7 (II kitab), maddə 1657) ləğv olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair normalar o zamankı Baş Nazir Artur Rasi-zadənin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmişdi.

Şərhlər

XƏBƏR LENTİ