XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Magistral yolda sürət həddi dəyişib

Magistral yolda sürət həddi dəyişib

Magistral yolda sürət həddi dəyişib
13-12-2019, 18:56

Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızı rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən əraziyə müvafiq baxış keçirlib və magistral yolun sözü gedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 km-dən 70 km-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib. Bundan başqa Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazsindəki yeraltı keçiddən istifadə etmələri tövsiyyə olunub.
Magistral yolda sürət həddi dəyişib

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.