XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Araz supermarketlər şəbəkəsində nə baş verir- ŞİKAYƏT

Araz supermarketlər şəbəkəsində nə baş verir- ŞİKAYƏT

Araz supermarketlər şəbəkəsində nə baş verir- ŞİKAYƏT
12-12-2019, 09:09

Araz supermarketlər şəbəkəsindən şikayətlər bitib tükənmir. Sosial şəbəkələrdən tutmuş, camaat arasında gedən danışıqlara qədər şikayətlər gedib gəlir. Sosial şəbəkə istifadəçisi Xalid Vahidov yazır:

Araz marketin müştərisiyəm. Marketin Elmlər Akademiyası filialında hər dəfə ödədiyim pula görə çek istəyəndə Kassada işləyənlər Meksika dalğası yaradır. Heç bir kassa aparatında kağız olmayanda kimsə kağız üçün gedir. Bu vaxt növbədə dayananların tənəli baxışlarına davam gətirmək çox çətindir. Bu baxışların altında əzilməmək üçün bir xeyli yol qət edib getdim Favorit marketə. Orada Araz müştəri kartı istəyəndə bildim ki, eyni şəbəkə imişlər. Burada da heç bir kassa aparatında çek vura bilmədilər. Yenə Meksika dalğası, yenə kağız üçün gedən satıcı, yenə tənəli baxışlar. :( Biz qazandığımız 100 manatın 55 manatını vergi, DSMF üçün büdcəyə ödəyirik. Ödənişi gecikdirən kimi məktub-məktub dalınca gəlir. Bəs, 100 min manatla gəliri olan bu ticarət şəbəkələrinə niyə gözün üstə qaşın var,- deyən yoxdur. Yoxsa həqiqətən qanunlar hörümçək toru kimi ancaq zəifləri tutub saxlamaq üçündür
Bundan əvvəldə Araz supermarketlər şəbəkəsində baş verən qanunsuzluqlardan bir çox şikayətlər dərc etmişdik.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!

Teref.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.