XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı
10-12-2019, 11:03

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.