Bazarstoreda 18 illik sosis və kolbasalar satılır: Müştərilərin sağlamlığı təhlükə altında - Fotolar
Bakının Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən Bazarstore mağazasında müştərilər son istifadə tarixi qeyd edilməyən məhsullar aşkarlayıblar.
Maraqlısı odur ki, həmin məhsulların üzərində paketlənmə tarixi də səhv göstərilib. Belə ki, sosis və kolbasaların üzərində onların 2001-ci ildə paketləndiyi qeyd olunub. Bir neçə müştəri bu vəziyyətdən narahat olaraq məhsulu almaqdan imtina edib. Market işçiləri isə məhsulların yeni olduğunu bildiriblər. Onların sözlərinə görə, məhsulların üzərindəki rəqəmlər texniki səhvdən qaynaqlanır.
Yeni Sabah məsələ ilə bağlı Bazarstoredan açıqlama almağa cəhd etsə də, zənglərə cavab verilməyib.
Marketdəki 18 illik sosis və kolbasaların fotolarını təqdim edirik:



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək