XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » YAĞMUR-2MMC-Nin Rəhbərliyindən Zakir Fərəcov Barəsində Prezidentə Şok Şikayət-Pulumuzu Vermir

YAĞMUR-2MMC-Nin Rəhbərliyindən Zakir Fərəcov Barəsində Prezidentə Şok Şikayət-Pulumuzu Vermir

YAĞMUR-2MMC-Nin Rəhbərliyindən Zakir Fərəcov Barəsində Prezidentə Şok Şikayət-Pulumuzu Vermir
5-12-2019, 16:15

Sumqayıtda iş adamlarının milyonlarla vəsaitinin mənimsənilməsi ilə bağlı ölkə mediasında dəfələrlə geniş bəhs olunsa da artıq Üç ilə yaxındır iş adamları öz halal gördükləri işin pulun ala bilmirlər ki,bilmirlər.
Üç ilə yaxındır ki, şəhər icra başçısı Zakir Fərəcovun haqsız təzyiqləri ilə üzləşən onlarla iş adamının müraciətlərinə baxan yoxdur. İcra başçısı haqqını tələb edən insanları müəyyən adamların əli ilə təziqlərə məruz qoymaqda davam edir. Zakir Fərəcov qoçuları və Adil Xudadatov kimi yaxınlarının əli ilə aldatdığı iş adamlarına həmişə vədlər versədə sözünə əməl etməyib. Verdiyi vədləri pozan icra başçısı sahibkarları aldatmaqda
Sumqayıt şəhərinin abadlaşması üçün avadanlıq və tikinti materiallları verən sahibkarlar , eləcə də işlərin icrasını həyata keçirən iş adamları və fəhlələrin bir qismi dəfələrlə Prezident Adminstrasiyası önündə toplaşıblar. Onlar Baş prokurorun və digər səlahiyyət sahiblərinin qəbulunda olublar. Ölkə rəhbərliyi Zakir Fərəcova iş adamlarına olan borcu qaytarmağı tapşırsa da icra başçısı verilən tapşırıqlara məhəl qoymur.
İş adamları ilə görüş zamanı pulları qaytaracağını bildirsədə bir müddət keçəndən sonra verdiyi sözə əməl etməkdən boyun qaçıran Fərəcovun milyonlarla dövlət vəsaitini mənimsəməsi etirazlara səbəb olur.

Məlumatlara görə, ölkə rəhbəri, Zakir Fərəcovu Sumqayıt şəhərinə icra başçısı təyin edəndən bu günə qədər Sumqayıt şəhərinin abadlığına 20 milyon manatdan çox pul ayırıb. Lakin ayrılan məbləğin icra başçısı tərəfindən havaya sovurulduğu iddia edilir.

Sözü gedən özbaşınalıqla bağlı bir neçə gün öncə YAĞMUR-2 MMC-nin icraçı direktoru Namiq Hacıyev və onun işçisi Şirinov Mehman tərəfindən Xəbəral.az saytına rəsmi muraciət edərək artıq üç ilə yaxındır ki,Sumqayıtın icra başçısı Zakir Fərəcovun bir başa tapşırı və nəzarəti ilə gördükləri işlərin maddi vəsaitlərinin çox hissəsini dəfələrlə aidiyyatı qurumlar qarşısında söz verən Fərəcovdan heç cürə ala bilmirlər.
İş adamı Namiq Hacıyevin dediklərinə görə:Onun rəhbərlik YAĞMUR-2 MMC 10 Aprel 2016-cı ildə Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun,başçısının həmin ərəfədə ki, 1-ci müavni Faiq Kərimov və İH-nin başçısının digər müavini Hüseyinov Fəzail ilə şirkətimizin verdiyi təklif müzakirə olunub və qəbul edilmişdir.Bununla da, Sumqayıt şəhəri Sülh küçəsi,Yeni bulvar və Musiqi məktəbi ərazilərində avtomatik suvarma və nasos sistemlərinin quraşdırılması üçün razılıq əldə olunmuşdur.Tikinti və abadlıq işlərinin idarə olunması üçün Yeni Bulvar ərazisində Dəniz restoranında Qərərgah təşkil olunmuşdur.İş adamının dediyinə görə bütün toplantılar həmin restoranda keçirilirdi.

Sumqayıt Şəhər İH-nin başçısı Zakir Fərəcov həmin toplantıda şəxsən özü işlərin başlanması üçün tapşırıq vermişdir.

Daxil olan məlumatda bildirilirki,beləliklə YAĞMUR-2 MMC 10 aprel 2016-cı il tarixindən 15 noyabr 2016-cı il tarixinədək Sumqayıt Şəhər İH-nin başçısının,onun müavinlərinin,Azərsu ASC-nin Sumqayıt şəhəri idarəsinin rəhbərlikləri altında Sumqayıt şəhəri Sülh küçəsində yolun sağ və sol hissələrində (19,5 ha),Sumqayıt şəhər Yeni Bulvarı (21 ha)və Musiqi məktəbi (0,5 ha)ərazilərində avtomatik suvarma sisteminin və su nasoslarının quraşdırılması üzrə işləri yerinə yetirib.Ərazilərdə eyni zamanda işlərin həyata keçrilməsi üçün qeyd olunan müddət ərzində 2(iki) yer qazan trençer,2(iki)ekskavator, 2(iki) sahə rəisi, 40(qırx)işçi və montajçı olmaqla 2(iki) birqada işləyib.

İş adamı Namiq Hacıyevin Xəbəral.az saytına verdiyi məlumatda bildirilir ki,İH-nin başçısı Zakir Fərəcov tərəfindən verilən vədə görə görülən işlərin və istifadə olunan matrealın ümumi dəyəri (1098000,00 AZN) Sumqayıt şəhəri Yeni Bulvarın təhvil verilməsindən sonra ödənilməli idi.Lakin qeyd olunan müddət ərzində şirkətimizə hissə-hissə olmaqla ümumilikdə yalnız (380000,00 AZN) ödənilib və 28 avqust 2016-cı il tarixindən bu günə kimi şirkətimizə görülən işlərə və istifadə olunan materiala görə ödəniş olunmayıb.

Şirkətin və fəhlələrin bu günə qədər ödənilmədiyi
(718000,00 AZN) yerdə qalan pulu Zakir Fərəcovdadır.
Daxil olan məlumata əsasən Sumqayıt Şəhərində aparılan abadlıq və quruculuq işlərini görən bir çox şirkət və şirkət rəhbərləri varki,onlar hələdə öz pullarını ala bilmir. İş adamı Namiq Hacıyev onuda qeyd etdi ki,Zakir Fərəcov bizimlə işləri sənəd əsasında, müqavilə ilə görmək istəmirdi. Dəfələrlə ona gördüyümüz və görəcəyimiz işlərlə bağlı müqavilə bağlamağı təklif etsəm də, o, həmişə bu təklifdən boyun qaçırır və mənə Şəhərin sahibi mənəm, müqavilə-zad nədir? Biz qardaşıq, mənə inamırsan? Məndən ehtiyat edirsən? İşini gör, pulunu al. Səni pis vəziyyətdə qoymaram, narahat olma – deyirdi.

Həqiqətən də danışılası və deyiləsi dərd deyil.Bir Şəhərin Meri cənab prezidentin iş adamlarının və sahibkarların bəzi,məmurlar tərəfindən incidilməsi ilə bağlı göstərişlərə məhəl qoymayaraq bu qədər süründürülməçilik edər?
Sonda iş YAĞMUR-2 MMC-nin rəhbərləri öz haqlarının bərpası üçün Xəbəral.az saytı vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən və aidiyyatı qurumlardan kömək istədilər. Cənab prezident!
Siz öz çıxışlarınızda dəfələrlə bildirmisiniz ki, məmurlar iş adamlarının, sahibkarların fəaliyyətinə müdaxilə etməsin, onların işləməsi üçün normal şərait yaradılsın. Qeyd etmisiniz ki, icra orqanları sahibkarlara kömək etməlidir, onlara təzyiq etməməlidir. Amma görürsünüz ki, Zakir Fərəcov kimi burda mənəm, Bağdadda kor xəlifə prinisipi ilə hərəkət edən məmurlar sizin çağrışlarınızı qulaq ardına vurur, qanunları ayaqlar altına atır. Nəinki fəaliyyətimizə müdaxilə edir, bizim malımızı, mülkimizi, son qəpiyimizi əlimizdən alır. Doğurdanmı tərəfimizdən ölkəmizdə abadlıq, quruculuq işlərinin aparılmasına verilən qiymət budur? İnanıram ki, dövlətin adından və gücündən istifadə edən Zakir Fərəcovun haqsızlığına və soyğunçuluğuna məruz qalmış mən və digər iş adamlarının pozulmuş hüquqlarının bərpası üçün ədalətli addım atacaqsınız.

Xatırladaq ki,Sumqayıt İcra başçısı Zakir Fərəcovdan ziyan görən tək bir iki şirkət deyil bir neçə şirkət var.Hətta onlar cənab prezident İlham Əliyevə müraciətlə yanaşı Prezident Administrasiyasının rəhbəri Samir Nuruyevdən də kömək məqsədi ilə müraciət ünvanlayıblar həmin müraciəti sizlərə olduğu kimi təqdim edirik.

Ümüd edirik ki,bu yazımızdan sonra üstündən Üç il keçməsinə baxmayaraq,Sumqayıt şəhər icra başçısı Sumqayıtın abadlaşmasında iş adamlarına borclu olduğu iddia edildiyi üçün onları çağırıb dərtlərin dinləyib və ən azı sözügedən problemin həllinə nail olacaqdır.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Xəbəral.az
YAĞMUR-2MMC-Nin Rəhbərliyindən Zakir Fərəcov Barəsində Prezidentə Şok Şikayət-Pulumuzu Vermir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.