SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan diasporunun kvota dilemması - PROBLEM

Azərbaycan diasporunun kvota dilemması - PROBLEM

Tarix:

29-11-2019, 10:17

/ 1 119 dəfə oxundu.
Azərbaycan diasporunun kvota dilemması - PROBLEM

Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.
Bu sözləri və statistikanı Prezidentimiz İlham Əliyev 13 il bundan əvvəl, 2006-cı il 16 mart tarixində Dünya azərbaycanlılarının ikinci qurultayındakı nitqində səsləndirib.

Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradovun müsahibəsində dünyada yaşayan azərbaycanlıların sayı 50 milyonun üzərində fokuslaşıb. (https://apa.az/az/diaspor/fuad-muradov/soydaslarimiz-arasinda-intriqalara-son-qoyulur)
Onlardan cəmi 4 milyonu diaspor potensialına aid edilib. Azərbaycan Respublikasının 10 milyonluq əhalisi və İranda Cənubi Azərbaycanda yaşayan 36 milyonluq soydaşımız diaspora şamil edilməyib.
Bu düzgün yanaşmadır: eyni zamanda, Gürcüstanda Borçalı mahalı və Dağıstanda Dərbənd bölgəsində də yaşayan həmvətənlərimizin diaspor hesab edilməsi düzgün sayılmaz. Çünki diaspor termini aborigen əhaliyə şamil olunmur. Tarixi-etnik vətəndən kənarda daha çox sosial-mədəni fəaliyyət növüdür.
Maraqlıdır, biz bu illər ərzində heç artmamışıqmı? Demoqrafik problemmi var? Əgər 8 milyon bu dövr ərzində 10 milyona çatıbsa, 50 milyon 60 milyona çatmayıbmı!?
Təkcə Türkiyə, Rusiya, ABŞ-da yaşayan azərbaycanlıların sayı 5 milyondan çoxdur. 2018-ci ildə açıqlanan qeyri-rəsmi satistikaya görə, Azərbaycan diasporu - yəni, azərbaycanlıların sayı 10 milyonu keçib. Azərbaycan diaspor fəlsəfəsinin mahiyyəti ondan ibarətdir ki, bu ümummilli iş daxili auditoriyaya hesablanmış təbliğat vasitəsi deyil, xaricdə yumşaq gücün milli ifadəsi və iradəsidir.
Yaxşı olar ki, ölkə əhalisinin siyahıya alınması keçiriləndə xaricdə yaşayan azərbaycanlıların da kvotası bu və ya digər formada dəqiqləşdirilsin.
Diaspor Komitəsi 2002-ci ildən fəaliyyət göstərir, bunlarda hələ məlumat yoxdur ki, dünyada təqribi nə qədər azərbaycanlı yaşayır və diaspor sayılan, ümumi potensialımız nə qədərdir.
Gərək indiyə kimi qovluqlarda müəyyən faktlara söykənən statistik məlumatlara istinad edilsin.
Diaspor fəaliyyəti ümummilli məsələdir. Burada özfəaliyyət, fərdi iş planı əsasında iş qurmaq kökündən yanlışdır. Diaspor quruculuğu daxili publikaya deyil, xarici auditoriyaya hesablanmalıdır.
1. Azərbaycançılıq idealogiyasının düzgün tətbiq edilməməsi -
- Vahid idealogiya boşluğu;
2. Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının icra edilməməsi -
- İnkişaf Konsepsiyasının olmaması;
3. Diasporla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 22-ci bəndinin yerinə yetirilməməsi -
- Elmi-metodiki şuranın yaradılmaması.
Unutmayaq, Azərbaycan diasporunun qızıl dövrü 1991 (Naxçıvan Ali Məclisindən başlayan) - 2002-ci illəri (Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması) əhatə edir.
Əfsus ki, bundan sonrakı dövr ərzində Diaspor Komitəsinin bilərəkdən və ya bilmiyərəkdən yaratdığı inzibati amirlik sistemi və ictimai mənşə problemi diasporun evolyusiyasına təsirsiz ötüşmədi. Ona görə bu gün də diasporun təşkilatlanması haqqında ağız dolusu danışılır.
Hansı ki, müstəqillik dövründə
- 1991-1993-cü illər Azərbaycan diasporunun formalaşma,
- 1993-2003-cü illər təşkilatlanma,
- 2003-2018-cu illər inkişaf mərhələsi kimi təsnifləşdirilməli idi.
Hazırki mərhələ isə təkmilləşmə, qitələşmə, qloballaşma və yeni inkişaf mərhələsi adlandırılmalıydı.
Unutmayaq, milli olmadan bəşəri olmaq mümkün deyil.
Diaspor Komitəsi olduqca həssas və strateji mərkəzi icra hakimiyyəti orqanıdır. Üzərinə qoyulan vəzifə və funksiyalar milli və beynəlxalq əhəmiyyətlidir.
Gərək gedişlərə, ələlxüsus statistik məlumatlara ciddi diqqət yetirsin.

Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru -
Azərbaycan diasporunun tədqiqatçısı

Şərhlər

XƏBƏR LENTİ