Fuad Muradov qurultayın xərcini KİMLƏRİN BOYNUNA QOYUB? - İLGİNC
Fuad Muradovun rəhbəri olduğu Diaspor Komitəsi aprelin 23-də dünya azərbaycanlılarının növbəti qurultayını keçirməyə hazırlaşır. TİA. Az xəbər verir ki, məsələnin ən maraqlı olan tərəfi qurultaya hazırlıq işlərinin çox gizli aparılmasıdır.
Qurultaya dəvətin də maksimum konfidensial olması dünyanın müxtəlif ölkələrində yaşayan diaspor fəallarının ciddi narazılığına səbəb olub. Bu haqda jurnalist Məhəmmədəli Qəribli bildirib.
Ən maraqlısı budur ki, bu dəfəki qurultaya dəvət olanlara Komitədən deyilib ki, Bakıya gəlib-getməklə bağlı bütün xərcləri dəvətlilərin özləri qarşılamalıdır. Bundan əvvəl keçirilən heç bir qurultayda belə şərt olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Diaspor Komitəsinin diaspor fəallarına təqdim etdiyi dövlət təltifləri ilə bağlı da ciddi narazılıq yaranmışdı.
Hətta narazılığın səviyyəsi o həddə çatdı ki, hələ də Diaspor Komitəsi özündə cəsarət tapıb kimlərin təltif almaları ilə bağlı siyahını cəmiyyətə açıqlamayıb. Mən anlamıram , dünya azərbaycanlıları üçün böyük önəm daşıyan bu cür hadisələr niyə belə gizlin həyata keçməlidir.
Qeyd edim ki, diaspor hərəkatında ciddi xidmətləri olan bir çox tanınmış şəxslər budəfəki qurultaya fəvət almayıblar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...