XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Statistika Komitəsinin artım rəqəmi icra başçısının müavini də təccübləndirdi: - “Zavodumuz yox, fabrikimiz yox…”

Statistika Komitəsinin artım rəqəmi icra başçısının müavini də təccübləndirdi: - “Zavodumuz yox, fabrikimiz yox…”

Statistika Komitəsinin artım rəqəmi icra başçısının müavini də təccübləndirdi: - “Zavodumuz yox, fabrikimiz yox…”
27-11-2019, 14:50

Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın şəhər/rayonunlarının iqtisadi göstəricilərini açıqlayıb.

Məlumatda göstərilib ki, ən böyük iqtisadi azalma Ağcabədi və Şabran rayonlarında olub. Ağcabədidə geriləmə 24, Şabranda isə 20 faiz təşkil edib. Ölkənin 48 şəhər və rayonunda isə iqtisadi artım qeydə alınıb ki, onlardan da ən sürətli artım Kəlbəcər rayonunda baş verib. Belə ki, Kəlbəcər rayonunun iqtisadi artımı 52 faiz təşkil edib. Ərazisi qismən və ya tamamilə işğal altında olan rayonlar arasında təkcə Cəbrayıl rayonunda 5.2 faiz azalma olub. Bu isə o anlama gəlir ki, digər işğal altında olan rayonlarda iqtisadi artım qeydə alınıb.

Məlumatda diqqəti çəkən məqam ərazisi işğal altında olan Kəlbəcər rayonunda iqtisadi artım tempinin yüksəkliyi olub.

Maraqlıdır, bu, hansı parametrlərə uyğun hesablanır? Əgər bir rayon faktiki işğal altındadırsa, həmin rayonda iqtisadi artım necə baş verib?

Məsələ ilə bağlı Cebhe.info Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İkram Salmanovla əlaqə saxlayıb. İcra başçısının müavini özü də iqtisadi artımla bağlı rəsmi göstəriciyə görə təəccüblənib.

O, Cebhe.info-ya açıqlamasında rəqəmlərin nisbi olduğunu deyib:

“Axı bizim heç bir istehsal sahəmiz, zavodumuz, fabrikimiz yoxdur. Dövlətdən aldığımızın dotasiyanın hesabına dolanırıq. Bizdə kənd təsərrüfatı, sahibkarlıqla məşğul olanlar var. Görünür ki, nisbi mənada artım yüksək göstərilib. Camaatın şəxsi heyvandarlığı var, əkinçiliklə məşğul olurlar. Məsələn, əhalidə ötən il 128 min xırdabuynuzlu, 30 minə yaxın da iribuynuzlu mal-qara var idi. Arıçılıq son vaxtlar inkişaf etdi, dövlət bu sahə üçün tədbirlər planı hazırladı, subsidiyalar verdi. Yəqin ki, artım olaraq bunlar nəzərdə tutulur. Çünki iqtisadiyyat müəyyən sahələrdir. Bizim ərazimiz işğal altındadır, zavodumuz, fabrikimiz yoxdur. Biz ancaq əhalinin şəxsi təsərrüfatında olan heyvanların sayından danışa bilərik. Bir də bizim 3 fermer təsərrüfatımız var. Onların da ixtiyarında 300 hektara yaxın torpaq var, əkin işləri aparılır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.