SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezidentin fərmanını kimlər icra etmir? – Maliyyə Nazirliyi, yoxsa yerli idarələr...

Prezidentin fərmanını kimlər icra etmir? – Maliyyə Nazirliyi, yoxsa yerli idarələr...

Tarix:

21-11-2019, 16:24

/ 983 dəfə oxundu.
Prezidentin fərmanını kimlər icra etmir? – Maliyyə Nazirliyi, yoxsa yerli idarələr...

Dövlət qulluqçuları iki aydır maaş artımlarını ala bilmir - Səbəb?..
Ağdamdan bir qrup büdcə çalışanı adından PİA.az-a daxil olan şikayətdə bildirilir ki, Ağdamda dövlət qulluqçuları 2 ay əvvəl prezidentin fərmanı ilə qüvvəyə minən maaş artımlarını ala bilmirlər.

Ağdamda tam dəqiqləşdirdiyimiz məlumata görə doğrudan da Ağdamda dövlət qulluqçuları maaşların artımını ala bilmirlər.

PİA.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, dövlət qulluqçularının maaş artımlarının gecikməsi təkcə Ağdamda müşahidə olunmur. Bizim sorğuladığımız bir çox rayonlardan maaşların artımlarını ala bilmədiklərini bildiriblər. O zaman ortaya sual çıxır. Prezidentin qüvvəyə minçiş fərmamını icra etməyənlər kimlərdir? Maliyyə Nazirliyinin rəhbərliyi, yoxsa yerli idarələr?

Qeyd edək ki, məsələ ilə bağlı PİA.az Maliyyə Nazirliyinə sorğu ünvanlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev əhalinin müdafiəsini gücləndirmək məqsədi ilə bu ilin 18 iyun tarixində növbəti sosial paketi təsdiq edib. Ölkə başçısının imzaladığı paket bu istiqamətdə həyatda keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsi olub.

Prezidentin imzaladığı müvafiq sərəncamlarla minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılıb. Bundan başqa imzalanmış sərəncamlarda hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu fərman dövlət qulluqçuları üçün sevindirici olub.

Prezident İlham Əliyevin imzaladığı bu sərəncamlar sentyabrın 1-də qüvvəyə minib və normalda dövlət qulluqçuları artıq iki aydı ki, bu artımı almalıydılar. Məsələ ilə bağlı Maliyyə Nazirliyinin açıqlamasını gözləyirik...

Şərhlər

XƏBƏR LENTİ