“Nar”-dan “Qutu” təklifi:rəqəmsal TV, internet və mobil xidmətlər bir paketdə
“Nar” rəqəmsal TV, yüksəksürətli fiber-optik internet və mobil xidmətləri bir paketdə təklif edir. “Qutu” təklifindən yararlanan müştərilər rəqəmsal TV, mobil xidmətlər və sabit internet xərclərinə 50%-dək qənaət edəcək və ayrı-ayrı xidmətlərin aylıq ödənişi üçün vaxt itirməyəcək.
“Qutu” təklifi ilə “Nar” müştərilərə 50-si HD olmaqla 244 telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, eləcə dəölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir.
“Qutu” təklifi sayəsində istifadəçilər ev və mobil kommunikasiya xidmətləri üçün yalnız bir operatora ödəniş etməyin rahatlığını hiss edəcəklər. Təklifdən yararlanmaqla abunəçilər təkcə xərclərinə deyil, həm də vaxtlarına qənaət edəcəklər. Bundan başqa, indi “Qutu” təklifindən qoşularaq, öncədən ödəniş etməklə, siz rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Firuterinipulsuz əldə etmək imkanı qazanırsınız.
Müştərilər büdcə və vaxtlarına qənaət edərək yüksəkkeyfiyyətli internet, TV və mobil xidmətlərdən istifadə etməklə yanaşı,həm də “Qutu” xidmətinin 24/7 rejimində fəaliyyət göstərən özəl Müştəri Xidmətlərindən yararlana bilərlər. Müştəri Xidmətlərilə əlaqə saxlamaq üçün Nar nömrələrindən 771, şəhər nömrələrindən isə (012) 444 07 71 nömrəsinə zəng edə bilərsiniz.
Qeyd edək ki,“Qutu” təklifi “Nar”-ın çoxfunksiyalı rabitə strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas hədəfi müştərilərə müxtəlif telekommunikasiya xidmətlərini vahid platforma üzərindən təqdim etməkdir.
“Qutu” təklifi haqqında daha ətraflı məlumat üçün qutu.nar.azinternet səhifəsinə daxil ola bilərsiniz.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...