Bakı metrosunda şəxsi heyətə göstəriş verildi
Sankt-Peterburqda metroda baş vermiş terror aktından sonra Bakı metrosunda şəxsi heyətə daha ayıq-sayıq olması barədə göstəriş verilib.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bu göstəriş həm metronun personalına, həm də burada xidmət aparan polis əməkdaşlarına aiddir: "Onsuz da Bakı metrosunda təhlükəsizlik maksimum səviyyədə təmin edilib. Ümumiyyətlə, metroda təhlükəsizlik tədbirləri elə görülüb ki, metrodan istifadə edən sərnişinlərin narahatlığına əsas yoxdur. Onlar ççox rahat şəkildə metrodan istifadə edə bilərlər".
Qeyd edək ki, saat təxminən 16 radələrində Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Sennaya ploşad" və "Texnologiçeskiy institut" stansiyalarında partlayış baş verir. İlkin məlumatara görə, terror aktı nəticəsində baş verən partlayış zamanı 10 nəfər ölüb, 50-dən çox yaralı var. Yaralılar arasında uşaqların da olduğu qeyd olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...