SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Yegane Tourism and Production" 10 500 manat CƏRİMƏLƏNDİ

"Yegane Tourism and Production" 10 500 manat CƏRİMƏLƏNDİ

Tarix:

24-10-2019, 17:49

/ 1 345 dəfə oxundu.
"Yegane Tourism and Production" 10 500 manat CƏRİMƏLƏNDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Yegane Tourism and Production" MMC-nin barəsində inzibati protokol tərtib edib.

Binəqədi Rayon Məhkəməsi bu protokla əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsi ilə təqsirli bilib və 10500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmənin 15 avqust 2019-cu il qərarından MMC-nin direktorunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və şikayət təmin edilməyib.

Turuzm şirkəti olan "Yegane Tourism and Production" MMC-nin ünvanı kimi "Yeganə" şadlıq sarayı göstərilib.

Şərhlər

XƏBƏR LENTİ