SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərişıq” da ləğv oluna bilər – Struktur islahatları davam edəcək

"Azərişıq” da ləğv oluna bilər – Struktur islahatları davam edəcək

Tarix:

24-10-2019, 17:26

/ 1 289 dəfə oxundu.
"Azərişıq” da ləğv oluna bilər – Struktur islahatları davam edəcək

Baş nazir Novruz Məmmədovun istefaya göndərilməsi ilə sürət götürən kadr və struktur islahatları davam edəcək.

“Yeni Sabah” xəbər verir ki, daha bir neçə məmurun istefası və bir-birini təkrarlayan qurumların birləşdirilməsi gözlənilir.

Bu sırada ilk olaraq “Azərişıq” ASC-nin adı çəkilir. Məlumat üçün deyək ki, ölkə başçısı İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb və qurum “Azərenerji”nin tərkibindən çıxarılıb.

O zaman bu, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin artıq etimadını itirdiyi ilə izah edilirdi. “Azərişıq”ın müstəqil quruma çevrilməsi də onun səalhiyyətlərinin məhdudlaşdırılması ilə izah edilirdi.

2018-ci ildə Etibar Pirverdiyev tutduğu vəzifədən azad edilib. Onun yerinə “Azərişıq” ASC-nin sədri Baba Rzayev təyin edilib. ASC isə hələ də rəhbərsizdir. İddalara görə, bu səbəbsiz deyil. Qarşıdakı günlərdə “Azərişıq” ASC-nin müstəqil qurum kimi ləğv olunaraq “Azərenerji”yə birləşdirilməsi gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ