SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bölmə rəisinin atası ilə bağlı dələduzluq İTTİHAMI

Bölmə rəisinin atası ilə bağlı dələduzluq İTTİHAMI

Tarix:

24-09-2019, 13:07

/ 998 dəfə oxundu.
Bölmə rəisinin atası ilə bağlı dələduzluq İTTİHAMI

"Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzov tərəfindən dələduzluqla üzləşmişəm. Ortaq biznes qurmaq adı ilə məndən aldığı böyük məbləğdə pulu geri qaytarmır".

Bunu xalqxeber.az-a məktubla müraciət edən Göyçay sakini Mehman Quliyev bildirib. Şikayətçinin iddiasına görə, Z.Novruzov oğlunun vəzifəsindən sui-istifadə edərək, vətəndaşdan aldığı 41500 ABŞ dollarını mənimsəyib: " N.Novruzovun atasından Azərbaycanda biznes qurmaqla bağlı təklif aldım. Razılaşıb, işə başladıq. Bu məqsədlə, adı çəkilən şəxsə 41500 ABŞ dolları pul verdim. Həmin vəsaitlə “Hovo” markalı 99DE219 dövlət nömrə nişanlı yük avtomobili alındı və sənəd Z.Novruzovun həyat yoldaşı Fatma Novruzovanın adına rəsmiləşdirdi. Rusiyada yaşadığım üçün biznesə Zəlimxan Novruzovun özü nəzarət edirdi. Bir müddət mənə əldə olunan qazancdan müəyyən məbləğ versə də, sonradan oğlunun vəzifəsindən, mənim etibarımdan sui-istifadə edərək, aldatmağa başladı".

M.Quliyevin sözlərinə görə, şikayətçi olduğu tərəf "Hovo" markalı avtomobilin nömrəsini də dəyişdirib: " Həyat yoldaşı F. Novruzova ilə rəsmi şəkildə boşansa da, yenə bir yerdə yaşayırlar. Bütün əmlakını xanımının adına rəsmiləşdirib O, bunu dələduzluq yolu ilə əldə etdiyi kapitalı qorumaq üçün edib. Mən də aldadıldığımı görüb, Z.Novruzovdan həmin avtomobili satıb, ödədiyim 41500 ABŞ dollarını geri qaytarmağını tələb etdim. Amma indiyədək pulumu qaytarmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edib, məlumat da vermişəm. Ancaq hələlik heç bir tədbir görülməyib".



Şərhlər

XƏBƏR LENTİ