İradə Gülməmmədova səyyar qəbul keçirdi - FOTO
Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Məmmədli kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Kənd və qəsəbələrdə yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini bildirən İ.Gülməmmədova qeyd edib ki, rayon ərazisində salınan yeni yaşayış massivlərində məskunlaşmış əhaliyə kommunal xidmətlərinin daha da yaxşı göstərilməsi istiqamətinə böyük işlər görülüb. Sakinlər fasiləsiz elektrik enerjisi, mavi yanacaq və içməli su ilə təmin edilib, daxili yollarının abadlaşdırılması həyata keçirilib.
Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüşlər zamanı qaldırılan problemlər tamamilə həll olunub.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.



İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir