Nazirliyin Baş Müfəttişi işdən qovuldu - Rüşvət aldığına görə...
Gəncədə aptek sahibindən rüşvət alan əmək müfəttişi vəzifəsindən azad olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, həmin müfəttiş rüşvət alarkən aptekin kameralarına düşüb. Sonra fiziki şəxs məsələnin araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Unikal.org-a rüşvət faktını təsdiqləyib. O, bildirib ki, həmin əməkdaşın qanunsuz əməli ilə bağlı araşdırma aparılır:
"Gəncə şəhər sakini tərəfindən daxil olan müraciətə əsasən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı DƏM-nin Baş Əmək Müfəttişi vəzifəsində işləmiş Ələsgərov Sənan Bəhman oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əczaçılıq fəaliyyəti ilə məşğul olan Aydın adlı fiziki şəxsdən qeyri-qanuni pul istəməsi və əldə etməsi faktı təsdiq olunub. Həmin əməkdaş vəzifə funksiyasının icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Aşkarlanmış fakta hüquqi qiymətin verilməsi üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib".

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir