Xətaidə Heydər Əliyevin adını daşıyan parkı xarabalığa çevirdilər — Ərazidə bina tikmək istəyirlər (FOTOLAR)
Bakının Xətai rayonunda Ukrayna dairəsinin yaxınlığında yerləşən Heydər Əliyev adına istirahət parkı təhülkəli vəziyyətə salınıb.
Demokrat.az xəbər verir ki, hazırda sözügedən parkdakı yaşıllıq ərazisi təhlükə altındadır.
Qeyd edək ki, bir neçə il öncə yaşayış binasının tikilməsi üçün parkdakı yaşıllığın bir hissəsi məhv edilib. Parkda binanın bünövrəsi qazılıb, beton tökülsə də, işlər sonradan dayandırılıb.
Bir neçə gün əvvəl isə həmin hasarın əhatə dairəsi 2 dəfə genişləndirilib. "Qırmızı xətt"dən içəridə xeyli ağac var, onların vəziyyəti necə olacaq, bilinmir. Xarabalığa çevrilmiş ərazinin hasarının hansı məqsədlə genişləndirilməsi məlum deyil.
Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilsə də, nəticə olmayıb.
Ümummilli lider Heydər Əliyevin adını daçşıyan park bu vəziyyətə salınırsa, görün digər adları daşıyan parklara münasibət hansı səviyyədədir?!
"Ekofakt"-ın parkın ərazisindən çəkdiyi fotoları təqdim edirik.












İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb