SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin direktoru Hesablama Palatasının adından pul yığır-ŞİKAYƏT

Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin direktoru Hesablama Palatasının adından pul yığır-ŞİKAYƏT

Tarix:

10-09-2019, 10:06

/ 4 941 dəfə oxundu.
Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin direktoru Hesablama Palatasının adından pul yığır-ŞİKAYƏT

Salam hörmətli redaksiya. Sumqayıt təhsil müəssisələrində qanunsuz pul yığımı davam edir hətta daha da güclənib. Bütün məktəblərdə Sumqayıt Mugam Mərkəzinin tikintisinə görə pul yığılır. Orta məktəblərdə heç olmasa müəllimlər tələb olunan pulun müəyyən hissəsini uşaqlardan yığır özlərinə çox güc düşmür, lakin xüsusi məktəblərdə və məktəb tipli müəssisələrdə müəllimlərin vəziyyəti xarabdır. Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin əvvəlki direktoru Məhəmməd Süleymanovun direktorluğu vaxtında qətiyyən pul yığımı nədir bilmirdik, ancaq Mehman Adıgözəlov direktor təyin olunan gündən 7-8 ildir ildə 2 dəfə hər müəllimdən İcra hakimiyyətinə, Təhsil nazirliyinə və Hesablama Palatasına vermək adıyla 500-600 manat pul alır. Guya həmin pulu verməsək Hesablama Palatası maaşımıza əlavə edilən 50 faiz vəsaiti kəsəcək. 2018-2019-cu dərs ilinin sonunda Hesablama palatasından yoxlama gəldiyinə görə borc xərc edib tələb olunan pulu verdik, halbuki uşaq oxuduruq, elə müəllimimiz var ki kirayədə qalır 2 tələbə oxudur, director bizi pul verməsəz məktəb bağlanar, pullar kəsilər deyib qorxutdugu üçün yığdıq verdik dedik təki çörəyimizdən olmayaq. Aradan 2 ay keçib yenə deyir 300 manat verməsəz 50 faizlər kəsilər. Bu pul bizə düşmürsə ləğv edilsin neynirik o pulu ki axırda aldığımızı ancaq direktora yığıb veririk. İclaslarda təhqir olunuruq, evdə deyə də bilmirik, direktor iclasda deyir sizi mən saxlayıram. Məktəb xüsusi tipli məktəbdir burda əlilliyi olan sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil alır, məktəbiimizdə əslində loqopedlər defektoloqlar işləməlidir. Validə Qılıcova adlı director müavinimiz vardı bəlkə də Azərbaycanda ən təcrübəli loqoped defektoloqdur 65 yaşı tamam olan kimi direktor onu işdən azad elədi, ancaq keçən il başqa müəllimlərin 65 yaşı tamam olanda işdən azad eləmədi, bu il özünün 65 yaşı tamam olub heç bir fəxri adı yoxdur, loqoped, defektoloq deyil, ancağ hələ işləyir hələ pul da yığmağa davam edir. Dərs saatları da üstəlik pulla satılır. 18 saat dərs istəyən 400, 24 saat dərs 700 manatdır. 60 faizə görə də əlavə 300 manat verməliyik ki guya Hesablama Palatasına çatacaq. Bu az imiş hər ay da hər müəllimdən 50-60 manat yığır. Sizin saytınız vasitəsilə xahiş edirik doğrudan da yığılan pullar İcra hakimiyyətinə, Təhsil nazirliyinə və Hesablama palatasına çatırsa bizim məktəbə, aldığımız maaşa dəyməsinlər. Vallah hər il 2 dəfə qazancımızı tutub əlimizdən almaqdansa 50 faizi kəssinlər birdəfəlik bilək almırıq. Halbuki 50 faiz bizim haqqımızdır çünki biz direktora yaxınlığı olan müavinlərindən və bəzi müəllimlərdən fərqli olaraq həftədə 5-6 gün əziyyətimiz bir yana yol pulu verib 2-3 marşrut dəyişib evlərə sağlamlıq imkanı məhdud olan uşaqlara dərs öyrətməyə gedirik. Onların isə ancaq adı gedir bir yoxlayan da gələndə jurnalları gizlədirlər görülməsin. Eybi yox nə istəyirlərsə eləsinlər amma işləyənlərin haqqını versinlər yeməsinlər haqqımızı.

Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin müəlliməsi loqoped-defektoloq Gülayə Cəfərova

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ