"Buta Airways”dən müştərilərinə qarşı haqsızlıq-ŞİKAYƏT
Ölkə mətbuatında dəfələrlə “Buta Airways” aviaşirkətinin xidmətlərindən şikayətlər dərc olunub.
“Buta Airways” aviaşirkətinin xidmətlərindən istifadə edən və şirkətdən şikayətçi olan müştərilərindən biri də Bolgexeber.com-a müraciət edib.Adının çəkilməsini istəməyən Bakı sakini olan vətəndaş şirkət tərəfindən hüquqlarının pozulduğunu bildirir və hüquqlarının təmin olunmasını istəyir.
“7-14 sentyabr tarixləri arası Buta Airways şirkətindən 3 nəfərlik ailə üzvlərim üçün səyahət biletlərim var idi.Ailə üzvlərimdən biri cərrahiyyə əməliyyatı olunması səbəbindən həmin zaman səyahətə çıxmaq imkanım heç cür mümkün olmadı.Bu səbəbdən Buta Airways şirkətinə call center ve email vasitəsilə rəsmi məlumat verdim.Biletlərin vaxtının dəyişdirilməsi və ya hər hansı cərimə tətbiq edilməklə ödənişin geri qaytarilmasI ilə bağlı müraciət etdim. Şirkətdən daxili prosedurlar baxımından bunun heç cür mümkün olmadığını bildirdilər”.
Vətəndaş sonda şirkət rəsmilərinə sual verir ki, “Necə ola bilər ki, bu cür əsaslı səbəb göstərildiyi halda vətəndaşa heç bir köməklik göstərilməsin?Müştəriyə bu cür münasibət nə dərəcədə ədalətlidir?!”
Şirkətin də mövqeyini dinləməyə hazırıq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb