SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Suraxanı polisi borclunu axtarıb tapmaqda özünü borclu bilmir

Suraxanı polisi borclunu axtarıb tapmaqda özünü borclu bilmir

Tarix:

9-09-2019, 17:40

/ 1 148 dəfə oxundu.
Suraxanı polisi borclunu axtarıb tapmaqda özünü borclu bilmir

Yəqin ki, çoxsaylı oxucularımızın xatirindədir ki, hələ bir müddət bundan öncə Bakı şəhəri, Xətai rayonu, general Şıxlıniski küçəsi-2942v, mən-138 ünvanda yaşayan Məmmədova Fairə Hüseyn qızının redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi əsasında, 14 avqust 2019-cu il tarixdə Gundemxeber.az saytında “Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY” başlıqlı məqalə dərc etmişdik.

Məqalənin mahiyyətinin əsas məğzi ondan ibarət idi ki, adı çəkilən xanım illər öncədən tanıdığı və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi-“D” Y/S, ev-27, mən-212 ünvanda yaşayan Ocaqverdiyev Məzahir Sarıxan oğluna,2016-cı ildə 8 (səkkiz) min dollar məbləğində borca pul verir. Qarşı tərəf isə, Fairə Məmmədovanın ona olan etibarından sui-istifadə edərək, həmin pulu sahibinə qaytarmaqdan imtina edir. Belə olan halda adı çəkilən xanım məcbur olduğundanhüquq-mühafizə orqanlarına yazılı şikayətini təqdim edir, az sonra Məzahir Ocaqverdiyevin ona borclu olması haqda məhkəmə qətnaməsi də çıxarılır. Belə bir addımların atılmasına baxmayaraq,Suraxanı Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları, hansısa maraqları çərçivəsində çıxarılmış məhkəmə qətnaməsini icra etmirlər. Suraxanı Rayon İcra və Probasiya şöbəsinin rəisi Nazim Nərimanov isə, vaxtı məqsədli şəkildə uzadır və Fairə Məmmədovaya “bu iş bizlik deyil” də deyir. İcraçı Əzizxan Eminovun borclu Məzahir Ocaqverdiyevlə dostluq münasibəti olduğundan, o da, üzərinə düşən vəzifə borcunu yerinə yetirməkdən imtina edir.
Bir faktı qeyd edək ki, icraat dövründə borcluya məxsus əmlak üzərinə Suraxanı Rayon Məhkəməsinin müvafiq qərardadı ilə həbs qoyulur və Məzahir Ocaqverdiyevin olduğu yeri müəyyən etmək mümkün olmadığından, icra məmurunun borclunun axtarılması haqqında 01 dekabr 2017-ci il tarixli qərarına əsasən, Suraxanı RPİ-də 25 yanvar 2018-ci il tarixdə axtarış işi də açılır. Bütün bunlardan əlavə,06 may 2019-cu il tarixdə İcra Baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə rəsmi qaydada müraciət olunsa da,nədənsə Suraxanı RPİ-nin əməkdaşları işin icra olunması üçün, borclunun axtarışını həyata keçirmirlər. Fairə Məmmədova isə bildirir ki, “Əslində Suraxanı Rayon İcra və Probasiya şöbəsinin rəisi Nazim Nərimanovun, bir neçə dəfə borclu Məzahir Ocaqverdiyevlə mobil telefonla danışdığının canlı şahidi olmuşam. Yəni, bu da onu söyləməyə əsas verir ki, borclu Məzahir Ocaqverdiyevin yerini müəyyən etmək o qədər də çətin məsələ deyil”.
Bu gün də düçar olduğu problemin həllinə nail ola bilməyən Fairə Məmmədova onu da bildirir ki, “Təqribən iki il bundan öncə icra məmurunun borclunun yerinin müəyyən olunması haqda 01 dekabr 2017-ci il tarixli qərarına əsasən, Suraxanı RPİ-nə müraciət olunsa da, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşlarına geniş yazılı izahatımı təqdim etsəm də, nədənsə indiyə kimi bir kimsə problemin həlli yöndə heç bir bir addımını atmadı. Belə bir halın varlığı, məhz məndə polis əməkdaşlarına qarşı müəyyən şübhələrin baş qaldırmasına səbəb oldu. Onu da bildirim ki, təqribən 5-6 gün bundan öncə Bakı şəhər Baş Polis idarəsinin əməkdaşı Yalçın müəllim, bir daha məni izahat vermək üçün çalışdığı idarəyə dəvət etsə də, mən həmin idarəyə getməkdən imtina etdim. Çünki, indiyə kimi üz-üzə qaldığım ab-havanın varlığı, məhz məndə inamsızlıq hissinin formalaşmasına səbəb olub. Belə bir yanaşmamın varlığına baxmayaraq, son anda izahatımı yazıb qarşı tərəfə təqdim etdim. Mən belə bir problemlərin əmələ gəlməsində əsas günahı Suraxanı RPİ, Qeydiyyat şöbəsinin əvvəllər əməkdaşı olmuş, eşitdiyim məlumatlara görə isə, yaxın vaxtlarda adı çəkilən şöbəyə rəis təyin olunmuş Emin Zeynalovda görürəm. Çünki, bu şəxs zamanında axtarış tədbirlərini həyata keçirmədi ki, problem də zamanında həllini tapsın. Düşündürücü hal odur ki, adı çəkilən bu şəxs borclu Məzahir Ocaqverdiyevin yerinin müəyyən olunması, həmin şəxsin qısa zaman kəsiyində Suraxanı Rayon İcra və Probasiya şöbəsinə təhvil veriləcəyi ilə bağlı vədlər versə də, son anda o, heç bir addımını atmad. Bu cür əməl sahibi olan bir şəxsin Suraxanı RPİ-nin Qeydiyyat şöbəsinə rəis təyin olunması, artıq ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Ola bilər ki, Emin Zeynalovunirəli çəkilməsi yöndə təyinat verilərkən, bu şəxsin iş bacarığı, məsələlərə yanaşma tərzi və s. haqda cənab Vilayət Eyvazovu lazımınca məlumatlandırmayıblar”.
Belə bir olayların baş verməsinə baxmayaraq, biz o qənaətə gəlmişik ki, yaşanan problemin varlığı daha geniş ictimailəşdirildikdən sonra, cənab Nazir Emin Zeynalovun fəaliyyətinin “saf-çürük edilməsi” yöndə aidiyyəti üzrə lazımi tapşırığını verəcək. Yəqin ki, o halda əsl həqiqət öz təsdiqini tapa biləcək. Əslində adı çəkilən bu şəxsin belə bir yanaşması, hər kəsin, o cümlədən mənim də dövlət qurumlarına qarşı inamsızlıq hissinin formalaşmasına yollar açır. Məqalədə adı çəkilən hər kəsi dinləyə bilərik.
Mövzu diqqətimizdədir.

Gundemxeber.az

Şərhlər

XƏBƏR LENTİ