"Space”in baş operatoru istefa verdi: Kanalda yeni “təlatümlər” - FOTO
"Space” televiziyasının baş operatoru Vüqar Məmmədov istefa verib.
BakuPost-a istinadən xəbər veririk ki, buna səbəb əmək haqlarının gecikməsi və rəhbər- işçi münasibətlərində yaranmış gərginlik olub.
Baş operator özünün sosial şəbəkələrdəki hesabında bildirib ki, 17 illik işindən ayrılmasına məcbur qalıb: “17 ildən sonra öz istəyimlə Spase TV-dən məcbur olaraq ayrıldım. Ümid edirəm ki, tezliklə “Space” öz əvvəlki əzəmətini, hörmətini və köhnə işçilərini geri qaytarar”.
“Tərəqqi” medallı Vüqar Məmmədov öz sahəsində kifayət qədər peşəkar kadr kimi tanınır.
Qeyd edək ki, bu kanaldan ilk istefa faktı deyil. Bir neçə ildir ki, Space kanalı maaşların verilməməsi, televiziya daxilində problemlərlə gündəmdədir. Bu isə bir çox tanınmış jurnalistin və texniki işçinin televiziyadan getməsilə nəticələnib.


İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb