"Optimal Electronics” cərimələnə bilər - XARİCİ ƏMƏLİYYATLARA GÖRƏ
Yasamal Rayon Məhkəməsi “Optimal Electronics” MMC-nin inzibati qaydada 608 ABŞ dolları həcmində cərimələnməsi barədə qərar çıxarıb.
Banker.az-a istinadən xəbər veririk ki, Optimal Electronis, Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola cərimə edilib.
Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Məhkəmənin qərarına Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
“Optimal Elektronika” MMC şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, LG, Sony, Karcher, JBL, Philips, Simfer, Carrier, Singer, PFAFF, Aldora (mebel), Konfor (mebel) brendlərinin rəsmi distribüteri və Nokia, Xiaomi, DemirDöküm, Casio, Tissot, Swatch kimi tanınmış brendlərin rəsmi tərəfdaşıdır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb