Köçkünlər "AccessBank"ın qarşısına toplandı: "Bu 261 dollar borcu haradan çıxarıblar?"
Bir qrup məcburi köçkün "AccessBank" qarşısında aksiya keçirib.
BakuPost-a xəbər veririk ki, aksiya keçirənlər "Qaramanlı” şirkətinin əməkdaşları olublar.
Aksiyaya səbəb bankın haqsız yerə onların əmlakına həbs qoyması və buna görə də şirkətin fəaliyyətinin dayanması olub.
Şirkətin rəhbəri Rəhman Əhmədov bildirib ki, onların xəbəri olmadan adlarına 261 min dollar kredit borcu yazıblar: "Biz 2006-cı ildən bu bankla əməkdaşlıq edirik. Bu müddət ərzində bizim heç bir problemimiz olmayıb, bir gün də gecişməmiz yoxdur. Amma indi adımıza 261 min dollar borc yazıb bizim əmlakımızı mənimsəmək istəyirlər. Dəfələrlə müraciət etmişik ki, rəhbərlik bizlə görüşsün, izah eləsin ki, bu borc necə yaranıb. Amma heç kim bizlə görüşmür. Bunların qanunsuz əməlləri bizim bütün işlərimizi dayandırıb”.
Şirkət rəhbəri bildirib ki, 70 məcburi köçkün ailənin çalışdığı istehsalat müəssisəsi avqustun 24-də fəaliyyətini dayandırmağa məcbur olub.
Aksiyaçılar Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyiblər: "Ölkə başçısı daim sahibkarlara dəstək olub. Onların problemlərinin hilli üçün müvafiq tapşırıqlar verib. Amma "AccessBank” rəhbərliyi kimi adamlar prezidentə düşmənçilik etməklə məşğuldurlar. Ümidimiz ölkə rəhbərliyinədi. Gəlib araşdırsınlar, əgər biz də bir balaca haqsızlıq varsa, cəzamızı versinlər”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb