Övladlığagötürmə ilə bağlı yeni sistem bu tarixdən başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə yeni idarəetmə metodunun hazırlanması işlərini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmaqdadır.
Həmin alt sistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də övladlığa götürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.
Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığagötürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.
Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb