Məcburi köçkün komitənin qarşısında aksiya keçirəcək: çıxış yolu qalmayıb-VİDEO
Bir müddət əvvəl mətbuatda Qubadlıdan olan məcburi köçkün Canəli Salmanovun müraciəti dərc olunmuşdi.
Xırdalandakı 26-cı məhəllədəki yarımçıq , qəzalı binaya bitişik zirzəmi tipli otaqda qalan Salmanov deyirdi ki, dəfələrlə Məcburi Kömkünlərin İşi Üzrə Dövlət Komitəsinə müraciət edib. Rövşən Rzayevin qəbulunda olanda bldirdi ki, təcili evimi versinlər.Amma, nə fayda artıq komitənin yollarında ağac olmuşam.Bezib usanmışam ,himayəmdə azyaşlı xəstə uşaqlarım, həyat yoldaşım, hələ gəl bu kiflənmiş zirzəmidə yaşamaq…
Bir ildir ki, söz verirlər, yeni tikilmiş qəsəbələrə kimlərsə köçürülür,mən qalıram kənarda.”
Azerinfo.tv-yə danışan məcburi köçkün son 10 gündə vəziyyətinin lap pisləşdiyini deyib. Beləki qrunt və kanalizasiya suları zirzəmiyə, ordan isə onun otağına dolur.
Vəziyyətlə “Qaçqınkom” un Xırdalan şöbəsindən olan işçilər də şahidlik edib. Ancaq deyiblər ki, onun ailəsini yerləşdirməyə yer yoxdu. Gözləsin . Və ən əsası heç kimə şikayət etməsin. Mətbuata çıxmasın.
Canəli Salmanov deyir ki, indi də ona yardım olmasa ailəsi ilə birgə komitənin qarşısında aksiya keçirəcək.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb