BNA-nın avtobusları narazılıq yaradır... - sərnişinlər mənzilə bu formada çatdı
Son günlərdə “BakuBus”a məxsus avtobusların kondisionerlərin işləməməsi ilə bağlı tez-tez şikayətlər edilir.
Bu dəfə isə şikayətçilərdən birinin Lent.az -a verdiyi məlumata görə, 5 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda kondisionerdən sərnişinlərin üzərinə su tökülüb.
Şikayətçi bildirib ki, avtobusda olanların əksəriyyəti mənzilə islanmış vəziyyətdə çatıb:
“Sürücü əvvəlcədən sərnişinlərə kondinsonerin işləmədiyi ilə bağlı xəbərdarlıq etdi. Amma düşünürəm ki, bu düzgün deyil. Avtobusun kondisionerində nasazlıq yarana bilər, lakin həmin marşurutu xəttən çıxarıb, nasazlığı aradan qaldırılmaq lazımdır. Kondinsonerdən su elə axırdı ki, insanlar mənzilələrinə su içində çatdılar. Hətta avtobusun sol tərəfində oturacaqlara kifayət qədər su axdığından o hissədə oturmaq mümkün deyildi”.
Problemlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
Saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sözü gedən məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb