Bakı polisinə avtomat verildi – Praktik atışlar üçün
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) şəxsi heyəti müvafiq plana uyğun olaraq, avtomat silahlardan praktik atışlara cəlb edilərək döyüş hazırlıq vəziyyəti yoxlanılıb.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bir günlük praktik məşğələdə şəxsi heyətin nəzəri bilikləri, avtomat silahdan istifadə qaydaları və digər peşə vərdişlərinin vəziyyəti yoxlanılıb.
DİN-in Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə şəxsi heyətin praktik atışlara cəlb edilməsində məqsəd fiziki hazırlığının artırılmasına, cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət edir. Praktik məşğələlərdə qadın əməkdaşlar da iştirak edib.
Qeyd edək ki, atıcılıq kompleksinin tirlərində tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb