SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İnam Kərimov onları qəbul edəcəkmi? – Nazirin Beyləqana gəlişinə “MÖHTƏŞƏM” HAZIRLIQ

İnam Kərimov onları qəbul edəcəkmi? – Nazirin Beyləqana gəlişinə “MÖHTƏŞƏM” HAZIRLIQ

Tarix:

23-08-2019, 14:47

/ 845 dəfə oxundu.
İnam Kərimov onları qəbul edəcəkmi? – Nazirin Beyləqana gəlişinə “MÖHTƏŞƏM” HAZIRLIQ

Kənd Kənd təsərrüfatı naziri İnam Kərimov 23 avqust, saat 10:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan və Füzuli rayonlarının sakinləri ilə görüşəcək.

RealMedia.az xəbər verir ki, nazirin Beyləqana gəlişini çox səbrsizliklə gözləyənlər var. Qəbula, nazirlə görüşə hazırlaşan şəxslərin arasında daha çox KTN-nin yerli qurumlarının vəzifəliləri barəsində şikayətçi vətəndaşlar yer alır.

Xatırladaq ki, həmin vətəndaşlar bir müddət əvvəldə Beyləqanda aqrar sahədə baş verən xoşa gəlməz hadisələrlə bağlı məhz nazir İnam Kərimova müraciət edərək nazirdən onları qəbul etmələrini xahiş etdiklərini bildiriblər. Ancaq nazir onları qəbul etməyib.

Bu günləri həmin şikayətçilər nazirin Beyləqana gəlişini göydəndüşmə hesab edirlər. Ona görə də buna təm-təraqlı hazırlaşıblar.

Ancaq necə deyərlər, sən saydığını say, gör nazirin yançıları nə sayır.

Yeri gəlmişkən qısaca olaraq xatırladaq ki, bir müddət əvvəl redaksiyamıza keçmiş Beyləqan “Dostluq Damazlıq” Birliyi Sovxozunun (indiki “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsi – red.) ərazisində yaşayan və uzun illər həmin sovxozda işləmiş bir qrup vətəndaşlar – Quliyev Simran Rüstəm oğlu, Abbasov Talıb Cümşüd oğlu, Əsədov Əsəd İman oğlu, Əmrahov Vüqar Valeh oğlu, Abbasov Ələkbər Çümşüd oğlu, Nağıyev Nəsir Məhər oğlu və ümumilikdə 60 nəfərə yaxın sovxoz sakinləri tərəfindən Prezident İlham Əliyevə, Kənd Təsərrüfatı naziri İnam Kərimova,Baş Prokuror Zakir Qaralova, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə ünvanlamış zəhmətkeş şikayət daxil olmuşdur.

Həmin zəhmətkeş məktubunda şikayətçi sakinlər yazırdılar ki, İdarənin rəisi Hikmət Ağayev 2019-cu ildə hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə satmış, əhaliyə satıb və əldə etdiyi pullarıda havadarları arasında bölüşdürüb:“Bu, korrupsiya deyildə bəz nədir? Hikmət Ağayev sovxoza direktor təyin olunan ilk gündən işi gücü torpaq satmaqla məşğuldur. O bunu açıq şəkildə edir və heç kimdən də çəkinmir. O da bildirilir ki, Sovxozun vur-tut 2000 baş qoyunu olsa da, həmin ərazilərdə isə on minlərlə qoyun saxlanılır. Hikmət Ağayev bunları görmür? Əlbəttə görür, çünki həmin əraziləri onlara özü verib, daha doğrusu satıb. Bizlərə isə 1 ha torpağı belə icarəyə vermir. Hikmər Ağayev vəzifəsindən sui-istifadə edərək korrupsiyayla məşğuldur, o torpağın hektarını 250-300 manatdan başqa-başqa şəxslərə icarəyə verir”.

Şikayətçilərdən Simran Quliyev isə yazırdı ki, atası 52 il, anası 37 il, özü isə 27 il “Dostluq” Qoyunçuluq Sovxozunda işləyiblər, lakin pay torpaqları yoxdur. Digər vətəndaşlar, Sadıqov Hidayət Fəti oğlu, Abbasov Cümşüd Rza oğlu, Əsədov Əsəd Nəsib oğlu, Quliyev Zülfüqar Gəray oğlu, Sadıqov Əli, Sadıqov Əlizamin Əli oğlu, İsmayılov Tehran Barat oğlu bu Sovxozda uzun illər işləmələrinə baxmayaraq onların da pay torpaqları belə yoxdur.

“Sovxozun torpaqlarının bir hissəsini yerli məmurlar, bir hissəsini də Hikmət Ağayev başqa-başqa şəxslərə icarəyə verib. Əcaba, bu şəxslərin xüsusi statusları var, biz bilmirik? Bildiyimiz bir odur ki, Əli Kərimlinin dostu və yaxın qohumu Hikmət Ağayev bu işləri öz başına görmür.Onun arxasında KTN-nin şöbə müdiri (“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin sədri – red.) Anar Hüseynov dayanır, bu baş verən qanunsuzluqlar, korrupsiya əlamətləri onun göstərişi ilə həyata keçirilir.”

Müəssisədə gecə vaxtları oğurluq hadisələri də baş verir: “Müəssisənin direktoru Hikmət Ağayev 17.04.2019-cu il tarixdə gecə müəssisəyə məxsus 61 (altmış bir) baş qaramalı maşınlara yığdıraraq naməlum istiqamətə aparıb. Bu oğurluq deyil, bəs nədir?”

Əvvəlcə onu qeyd edək ki, hələ o vaxtı saytımızda (realmedia.az -red.) 40 nəfərdən artıq vətəndaşların şikayətləri, göndərdikləri video və audio-materiallar və saytın əməkdaşlarının apardıqları araşdırmalar əsasında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynov, MMC-nin – Beyləqandakı Aran Regional İdarəsinin rəisi Hikmət Ağayev və digər struktur vahidləri rəhbərləri barəsində tənqidi yazılar geniş rezonansa səbəb olmuşdur.

RealMedia.az xəbər verir ki, hələ o vaxtlar əldə etdiyimiz ilginc məlumatlardan biri də o idi ki, Beyləqan rayon Məşğulluq Mərkəzinin müdiri İlham Quliyev də Anar Hüseynova dəstək vermək üçün gücünü ortaya qoyub. Belə ki, məşğulluq müdiri şikayətçiləri bir-bir çağıraraq onları öz kabinetindən qurduğu telefon əlaqəsi ilə Anar Hüsynovla danışdırır, ikinci də öz növbəsində həmin şəxslərə vəd verir ki, bu məsələdən geri çəkilsinlər, əvəzində özlərini və ailə üzvlərini işlə təmin edəcək.

Bu gün isə əldə etmişik ki, şikayətə gələn şəxslərlə artıq kompramist əldə olunur. Belə ki, nazirliyin yerli idarə, müəssisələri şikayətə gələn vətəndaşların qılığına girərək onları susdurmağa çalışırlar. Əldə etmişik ki, nazirin qəbuluna gələn narazı vətəndaşlara (şikayətçilərə) belə pul mükafatı verililməsi də nəzərdə tutulub. Bir sözlə, nazirlik əməkdaşları hər vəchlə çalışırlar ki, nazirin qəbuluna gələn şikayətçilərin qarşısı alınsın və nazir Beyləqandan yüksək məmnunluqla qayıtsın.

RealMedia.az xəbər verir ki, nazirin Beyləqana gəlişi öncəsi apardığımız qısaca araşdırma zamanı məlum olub ki, məhkəmə qərarı ilə təsərrüfata qaytarılmış 54 ha yonca sahəsində biçilən və dəyəri yüz min manatdan artıq olan yonca dövlətdən gizlədilib. Onu da öyrənmişik ki, 400 ha ərazidə biçilmiş 1100 tondan artıq taxıl bu günə qədər müəssisənin hesabına mədaxil olumayıb və sentneri gizlədilib.

Maraqlıdır, görəsən nazir İnam Kərimov Beyləqanda hansı vətəndaşları qəbul edib dinləyəcək. Şənninə tərif yağdıranları ,yoxsa Beyləqanın kənd təsərrüfatı sahəsinin tənəzzülüdən narahatçılıq keçirən şikayətçi vətəndaşları?.. Yaşarıq, görərik…

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ