SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tolik “Azəriqaz”dan şikayətçidir

Tolik “Azəriqaz”dan şikayətçidir

Tarix:

22-08-2019, 11:39

/ 903 dəfə oxundu.
Tolik “Azəriqaz”dan şikayətçidir

Məşhur prodüser Tolik (Tarix Əliyev) “Azəriqaz” İstehsalat Birliyindən şikayətçidir.

Unikal.org-a açıqlama verən prodüser bildirir ki, yaşadığı Nərimanov rayonu Gülarə Qədirbəyova küçəsi 14, 16, 18, 19 ünvanında yerləşən "Sveethause MTK"-ya məxsus yaşayış binalarına sayğaclar qoyulsa da qaz verilmir:

"Mənim evim Heydər Əliyev Mərkəzi ilə üzbəüz binada yerləşir. Binada olan mənzillərə qaz sayğacları qoyublar. Qaz xətti çəkilib, indi deyirlər blomb qoyulub. 10 gündən çoxdur blomb qoyub, qazımızı vermirlər. Cənab prezidentin sərəncamı var ki, evlərə qaz verilsin. Qazımız yoxdur, qonşular şikayət edir. Sayğac quraşdırmaq üçün dövlət rüsumunu da ödəmişəm. Azəriqaz” İstehsalat Birliyinin İcitmiayyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovla da danışmışam. Mənim mənzilimə quraşdırılan sayğaca blomb da vurublar. Bu gün, sabah deyə-deyə qaz vermirlər. Guya ki, qonşularda problem var. Qonşuları tapa bilmirlər ki, bütün mənzillərdəki sayğacları blomblasınlar.

Şərhlər

XƏBƏR LENTİ