BSU-nun tanınmış müəllimindən nazirə - Müraciət
Bakı Slavyan Universitetinin (BSU) müəllimi, dosent Mübariz Əhmədov təhsil naziri Ceyhun Bayramova müraciət edib.
Axar.az xəbər veriri ki, iki övladı ödənişli əsaslarla təhsil alan Mübariz Əhmədov universitet müllimlərinə bu məsələdə güzəşt olunmasını istəyib:
“Yaxın vaxtlarda Təhsil nazirimiz Ceyhun Bayramov universitet rəhbərlərinə tələbələrdən təhsil haqqını hissə-hissə ödəmələrinə şərait yaratmaları barədə tapşırıq verdi. Bu, çox təqdirəlayiq bir addım oldu. Bu səbəblə cənab Bayramova təşəkkür edirəm!
Çox istərdim ki, hər hansı bir universitet müəllimi, dosenti və professorunun iki və daha artıq övladı eyni vaxtda ödənişli əsaslarla ali məktəbdə təhsil alırsa, onların təhsil haqqı ən azı 50%-ə endirilsin. Bu tələbələr eyni universitetdə təhsil alarlarsa, o zaman onlardan birinin təhsil haqqı aradan qaldırılsın.
Müəllim olaraq təhsildən qazandığım, yəni aldığım maaşı elə təhsilə qaytarmaqla bu iki tələbənin ali məktəbi bitirmələrinə nail olmağa cəhd edəcəm. Yolumuz yaxşı yol olduğundan inanıram ki, yarı yolda qalmarıq!
Sonda onu deyim ki, çoxlarının bildiyi kimi müəllimlik şərəfli peşədir. Mənim üçün isə bu şərəf hazırda ikiqatdır. Çünki həm evdə iki tələbənin qarşısında, həm də universitetdə çoxsaylı tələbələrin arasında müəllim şərəfini qorumaq əsl fədakarlıq, həmçinin qəhrəmanlıqdır".
Qeyd edək ki, Mübariz Əhmədovun qızı Gülanə Əhmədova İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsində türk dilində təhsil alır. 3-cü kurs tələbəsidir, təhsil haqqı 2300 AZN-dir. Oğlu Ülvi Əhmədov isə bu il Bakı Biznes Universitetinin Marketinq ixtisasına qəbul olub. Təhsil haqqı 2000 AZN-dir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb