SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Belə "həkim"lərimiz də var - SƏHİYYƏ NƏ GÜNDƏDİR?

Belə "həkim"lərimiz də var - SƏHİYYƏ NƏ GÜNDƏDİR?

Tarix:

20-08-2019, 13:32

/ 884 dəfə oxundu.
Belə "həkim"lərimiz də var - SƏHİYYƏ NƏ GÜNDƏDİR?

Azərbaycan səhiyyəsinin durumu ağırdır. İllərdir bununla bağlı həyəcan təbili çalınsa da, hələlik tədbir görülmür. Durumun ciddiyyəti savadsız həkimlərin çoxluğu, ağır xəstəliklərin müalicəsinin biznesə çevirilməsi və digər amillərlə müşahidə olunur.

Qeyd edək ki, son illər insanlar müalicə almaq və müayinə olunmaq üçün xaricə üz tuturlar. İrana və Türkiyəyə gedən xəstələr orada heç də az məbləğdə pul xərcləyirlər. Hətta bəzi iqtisadçılar bildirirlər ki, valyuta axınında bu qədər insanın xaricə müalicə almağa getməsi əsas yerlərdən birini tutur. Onların sözünə görə, vətəndaşların sağlıq durumları ilə bağlı ölkədən xaricə çox böyük məbləğdə valyuta axınnın baş verməsidir. Çünki, iqtisadi sistem valyuta qazanmağı yox, daha çox xərcləməyi, valyuta gəlişini yox, daha çox çıxışını təşviq edir.

Həkim savadsızlığının növbəti təzahürü isə bir vətəndaşın dilindən nəql olunur. JAMAZ.İNFO xəbər verir ki, Elxan Rəşidov bildirir ki, bir neçə gün bundan əvvəl qan analizi vermək üçün labaratoriyaya müraciət edib. Və orada gördükləri onu heyrətləndirib. “Laborant xanım yenicə jqutla qolumu sıxıb, venadan qan almaq istəyirdi ki, ağsaqqal bir kişi əlində analiz cavabları olan kağızla içəri daxil oldu. Kağızı qıza uzadaraq, “A qızım, mən srağa gün analiz vermişəm. Həkim mənim analizimdə şəkəri də yoxlamağı yazmışdı. İndi cavabı götürüb çıxmışam yanına, kağıza baxıb dediki, burda şəkərin analiz cavabları yoxdur”. Laborant xanım, “ola bilməz dayı” deyərək, analiz cavablarına baxdı və ağsaqqala göstərdi ki, “dayıcan, bax budur şəkər analizinin cavabı: qlükoza”. Ağsaqqal başını yelləyə-yelləyə cavab verdiki, “A qızım, mən nə bilim, həkim deyir yoxdur”.

Sözügedən şəxs deyir ki, əgər bir həkim, şəkər analizinin elmi adının qlükoza olduğunu diqqətindən qaçırırsa, o xəstəni necə müalicə edəcəyi bəri başdan məlumdur.

Şərhlər

XƏBƏR LENTİ