SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ I MÜAVİNİ RAFİQ QULİYEV VƏTƏNDAŞLARA RAHAT YAŞAMAĞA İMKAN VERMİR

XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ I MÜAVİNİ RAFİQ QULİYEV VƏTƏNDAŞLARA RAHAT YAŞAMAĞA İMKAN VERMİR

Tarix:

5-08-2019, 09:23

/ 1 343 dəfə oxundu.
XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ I MÜAVİNİ RAFİQ QULİYEV VƏTƏNDAŞLARA RAHAT YAŞAMAĞA İMKAN VERMİR

Hacı Bakir Hesenbeyli öz facebok profilində Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Rafiq Quliyev barədə tənqidi status paylaşıb. Hacı Bakir bəyin statusunu olduğu kimi təqdim edirik:
Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Rafiq Quliyevin vəzifəsi nazir və ya komitə sədrləri ilə müqayisədə o qədər böyük olmasa da, lakin onu oliqarx məmur hesab etmək olar. Xətai rayonu, Cavanşir küçəsində Rafiq Quliyevə məxsus iki obyekt fəaliyyət göstərir. Yuxarısı "Qarabağlılar 19" adlı çay evi, aşağısı maşınyuma məntəqəsi olan obyekt 24 saat fəaliyyət göstərir. Çay evi uzun müddət əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərsə də, ərazidə yaşayan insanların ciddi etirazından sonra fəaliyyətini qismən məhdudlaşdırdı. Maşınyuma məntəqəsindən 24 saat gələn səslər isə artıq insanları ciddi şəkildə nevroz edib. Məhz bu səbəbdən evlərindən köçmək istəyənlərdə var. "102" xidmətinə, Xətai rayon 36-cı polis bölməsinə edilən rəsmi müraciətlərə isə sadəcə baxılmır. Çünki Rafiq Quliyevin obyektlərinə nəzarət edən İnitqam adlı qohumu hər kəsə təzyiq edə biləcək imkana sahibdir. Əslində o qədər də böyük çapı olmayan bir məmurun insanlara bu qədər zülm etməsi diqqəti ölkə prezidentinə tərəf yönəldir. Sakinlər inanır ki. bu ölkədə Rafiq Quliyevə dur deyən tapılacaq.
Qarşı tərəfin fikirlrini dinləməyə hazırıq!

Teref.az

Şərhlər

XƏBƏR LENTİ