XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Azərsu” ağacları qurutdu, nazirlik məhkəməyə verdi

"Azərsu” ağacları qurutdu, nazirlik məhkəməyə verdi

"Azərsu” ağacları qurutdu, nazirlik məhkəməyə verdi
2-08-2019, 17:58

Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.