Xəzəri hasarladığına görə “Sədərək” sahibinə qarşı YENİ QƏRAR
Əmlak Məsələləri Dövlət Komitəsi “Sədərək” ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylini 5 min manat cərimələsə də, ödəməkdən imtina edirdi. Qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət verən işadamı bildirirdi ki, cərimələnməsindən icra məmurları pulu tələb edəndə xəbər tutub. Nəsimi Rayon Məhkəməsi onun xeyrinə qərar çıxarıb, cərimə qərarını ləğv etmişdi.
Əmlak Məsələləri Dövlət Komitəsi bu qərardan apellyasiya şikayəti vermişdi.
Bizimyol.info-ya istinadən xəbər veririk ki, iyulun 24-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərov Nəsimi Rayon Məhkəməsinin qərarını ləğv edib, iş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb.
Məhkəmədə Y.Qədimbəyli və nümayəndəsi iştirak etməyib. Əmlak Məsələləri Dövlət Komitəsini Cəmil Rəhimov təmsil edib.
O, çıxışında aşağı instansiya məhkəməsinin qərarının ləğvini, cərimənin ödənilməsini istəyib.
Y.Qədimbəyli İnzibati Xətalar Məcəlləsinin 248.2-ci (Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanması) maddəsilə cərimələnib.
“Sədərək” sahibinin hasarladığı ərazi Qaradağ rayonu, Sahil qəsəbəsi yaxınlığındadır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb