Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu niyə 7 aydır ki, boşdur?
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sədr təyinatı 7 aydır yubanır. Belə ki, bu il yanvarın 15-də Arif Alışanov həmin vəizfədən azad olunub və sədr səlahiyyətlərinin icrası Rövşən Məmmədova tapşırılıb.
R.Məmmədov sədr müavinidir.
Bəs 7 aydan çoxdur Dövlət Teleradiosuna rəhbər təyinatı niyə yubanır?
Qaynarinfo-nun məlumatına görə, R.Məmmədov sədr vəzifəsinin icrasına başladıqdan sonra qurumda kütləvi ixtisarlar aparıb, o cümlədən, bir çox önəmli postlara yeni təyinatlar gerçəkləşdirib.
Edilən dəyişiliklər artıq dövlət televeziyasının efirində də öz əksini tapmaqdadır. Verilişlərin formatından tutmuş, məzmununa qədər baş verən müsbət yeniliklər R.Məmmədovun "sınaq müddəti"ni uğurla keçdiyini göstərir.
Qeyd edək ki, hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı postundan kənarlaşdırıldıqdan sonra o vaxt Səbayel rayonunun icra başçısı Eldar Əzizov meriyada müavin postuna gətirilmiş, Əzizov isə bir neçə ay ərzində həm də mer səlahiyyətlərini icra etmişdi.
Yalnız bundan sonra onun H.Abutalıbovun "varisi" olması rəsmiyyət qazanmışdı.
Bu təcrübədən çıxış edənlər, Az.TV-dən qalmaqallı xəbərlərin gəlməsinə baxmayaraq, Arif Alışanovun sələfinin də məhz hazırda sədr səlahiyyətlərini icra edən R.Məmmədov olacağı ehtimalını kifayət qədər yüksək qiymətləndirirlər.
Lakin Az.TV-nin yeni sədrinin sürpriz şəxs olması da istisna edilmir. Belə ki, həmin posta başqa iddialıların da olduğu, sədr təyinatının da elə bu səbəbdən gecikdiyi barədə iddialar dolaşır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb