SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nizami rayonunda böyük ağaclar kəsilir - Foto

Nizami rayonunda böyük ağaclar kəsilir - Foto

Tarix:

18-07-2019, 23:53

/ 1 009 dəfə oxundu.
Nizami rayonunda böyük ağaclar kəsilir - Foto

Bakı şəhəri ərazisində ayrı-ayrı şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi davam edir.

Növbəti belə fakt paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 ünvanında qeydə alınıb. Həmin ərazidə yaşayan sakinlər ağacların kəsilməsinin fotolarını bizə göndəriblər.

Sakinlər deyir ki, ağaclar kəsilən ərazidə "Orbita-İmperial" MTK şirkəti tərəfindən çoxmənzilli yaşayış binası inşa edilir.

Hər kəsin gözü qarşısında ağaclar kəsilsə də, ancaq nədənsə müvafiq dövlət qurumları və Nizami rayon İcra Hakimiyyəti törədilən qanunsuzluqlara hələ də göz yumurlar.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verən olmayıb.
Nizami rayonunda böyük ağaclar kəsilir - Foto
Nizami rayonunda böyük ağaclar kəsilir - Foto
Nizami rayonunda böyük ağaclar kəsilir - Foto

Şərhlər

XƏBƏR LENTİ