XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Dövlət qurumu avtomobilləri hərraca çıxarır

Dövlət qurumu avtomobilləri hərraca çıxarır

Dövlət qurumu avtomobilləri hərraca çıxarır
15-07-2019, 09:38

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 30-da növbəti hərrac barədə elan verib.
Həmin gün müxtəlif dövlət orqanlarının balansında olan 8 avtomobil də satışa çıxarılacaq. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, 1-i isə Baş Prokurorluğa məxsusdur.

Maşınların qiyməti 3000 manatdan başlayır. Ədliyyə Nazirliyin balansında olan “QAZ-31105-120” markalı maşını hərracda bu qiymətə almaq mümkündür. Eyni markadan olan digər avtomobil isə 3 500 manata hərraca çıxarılıb. Hər 2 maşın 2004-cü ildə istehsal olunub. Nazirliyə məxsus “Renault Symbol” markalı avtomobillərin ilkin satış qiyməti isə 4 500 manatdır. Maşınların 2007-ci ilə aid olduğu göstərilib.

Ədliyyə Nazirliyinin balansında olan “Nissan Maxima” isə 8000 manata satılır. Avtomobil 2005-ci ildə istehsal edilib. Həmin markaya aid olan digər maşın isə 7000 manata hərraca çıxarılıb. ƏMDK-nın balansında olan avtomobilin 2007-ci ildə istehsal edildiyi bildirilib. “Hyundai Sonata” (2005) isə 5 500 manata satılır.

Baş Prokurorluğun balansında olan “Volkswagen Passat”ın ilkin satış qiyməti 5 900 manat müəyyən edilib. Maşın 2009-cu ildə istehsal olunub.

Qeyd edək ki, maşınları almaq üçün öncədən onların ilkin satış qiymətinin 10 faizi məbləğində beh ödəmək tələb olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.