“Azərişıq” cərimələndi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Həmkarlar İttifaqı Birliyini inzibati qaydada cərimə edib.
Qurum İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsini pozmaqda təqsirli bilinib.
Qeyd edək ki, bu maddə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur. Sözügedən inzibati xətaya görə, fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
“Azərişıq” ASC-nin Həmkarlar İttifaqı Birliyi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Nərimanov Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb