Dövlət Miqrasiya Xidməti 166,356 manata avtomobil alıb
Dövlət Miqrasiya Xidməti iyunun 28-də 166,356 manat 40 qəpiyə “BMW” markalı avtomobil alıb.
Bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı feysbukda yazıb.
Jurnalist qeyd edib: “Elə bilirsiniz, 150 minlik maşında ancaq Kəlbəcər rayonunun icrabaşı gəzə bilər? Dövlət Miqrasiya Xidməti iyunun 28-də 166,356 manat 40 qəpiyə yağ içində BMW avtomobili alıb”.
Dövlət Miqrasiya Xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
İyulun 1-də Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatına 1 ədəd “Mersedes Benz S 350” markalı avtomobil almaq üçün tender elan etmişdi.
Sosial şəbəkələrdə fəaliyyət göstərən müvafiq profilli səhifələrdə bununla bağlı qeyd olunmuşdu ki, həmin maşının qiyməti təxminən 130 min dollar olub.
Qanuna görə elan həm qəzetdə, həm də “tender.gov.az” saytında dərc edilməli idi, lakin saytda bu barədə elan yoxdur.
Məsələ ictimailəşəndən sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov “Modern” saytına açıqlama verərək, bildirib ki, avtomobil onun 3 il maşınsız olan müavini Eldəniz Mehtiyev üçün lazım idi.
A.Məmmədov qeyd edib ki, büdcə proqnozlaşdırılan zaman onların xahişi ilə 55 min manat vəsait ayrılıb.
“Biz bu vəsaitə uyğun avtomobil almalıyıq. Maşını almaq üçün tender elan verməliyik. Xüsusi komissiyanın qərarına əsasən, 2009-cu ilin buraxılışı olan avtomobil almaq istədik, amma onun da qiyməti bizim büdcəmizə uyğun olmadı. Çünki qiyməti baha idi. Məsələ təxirə düşdü. Heç bir maşın almamışıq”.
Aztoday.az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb