SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu çimərliklərdə ancaq xəstəlik tapa bilərik... - FOTO

Bu çimərliklərdə ancaq xəstəlik tapa bilərik... - FOTO

Tarix:

21-06-2019, 13:26

/ 821 dəfə oxundu.
Bu çimərliklərdə ancaq xəstəlik tapa bilərik... - FOTO

Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə reydlər keçirib.

ETSN-dən verilən məlumatda deyilir ki, reydlər zamanı Mərdəkan qəsəbəsinin Xəzər dənizi sahili zolağında fəaliyyət göstərən “Karvan Palase” mehmanxanasının, “Xəzri” və “City Beach” istirahət mərkəzlərinin ərazilərində tullantıların düzgün idarə olunmadığı və qalaqlandığı faktları aşkar edilib.

Bu çimərliklərdə ancaq xəstəlik tapa bilərik...

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə “Karvan Palase”, “Xəzri” ictimai iaşə obyektlərinin icracı direktorları Məhluqə Qibləliyeva və Zahid Hüseynov barəsində protokol tərtib olunub, hər biri vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. “City Beach” istirahət mərkəzinin məsul şəxsi Zöhrə Əliyevaya isə fiziki şəxs kimi 800 manat məbləğində cərimə tətbiq olunub. Ərazinin tullantılardan təmizlənməsi tələbi ilə ictimai iaşə obyektlərinin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Reydlər davam etdirilir.
Bu çimərliklərdə ancaq xəstəlik tapa bilərik... - FOTO
Bu çimərliklərdə ancaq xəstəlik tapa bilərik... - FOTO
Bu çimərliklərdə ancaq xəstəlik tapa bilərik... - FOTO
Bu çimərliklərdə ancaq xəstəlik tapa bilərik... - FOTO

Şərhlər

XƏBƏR LENTİ